Baki, FinanceTime. Xalq Bankda cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.
Müştərilərin Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu sms ala bilər. SMS-xidmət pulsuzdur.
02 iyun tarixdə "Nyu-Yorka səyahət" aksiyasının 1-ci tirajı keçirildi və qaliblər müəyyən olundu.
№ Qalib iştirakçının adı, soyadı Xal sayı Hədiyyə
1 Ağayev Ramid Nizami oğlu 220 "Alov" smartfonu
2 Mustafayev Ramin Vaqif oğlu 210 2 nəfərlik “Sakit Göl Hotel Şamaxı” 3 günlük istirahət
3 Tağıyev Rəşad Vaqif oğlu 205 "Sabina" P&C" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu
4 Seyidov Mahir Yusif oğlu 180 "Forelli" Geyim mağazasından 70 AZN-lik hədiyyə kuponu
5 Əliyev Cahid İlya oğlu 140 "Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu
6 Səmədov Tərlan Atabala oğlu 140 "Nisa Beauty" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu
7 Əzimzadə Anar Bahadil oğlu 130 “Domino’s Pizza” Restoranlar Şəbəkəsindən “30 AZN-lik hədiyyə kuponu”
8 Qafarova Elnurə Hümmət qızı 120 “Ronnefeldt Çay köşkü” ticarət məntəqəsindən “30 AZN-lik hədiyyə kuponu”
9 Bəbirov Ənvər Mirəddin oğlu 100 “Termos, bıçaq, fənər” dəsti
10 İsayeva Təranə Əlitahir qızı 100 "Selfi çubuğu, parker qələm, fotoatlas" dəsti
11 Şahbazov Fərid Fərrux oğlu 90 Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”
12 Məhərrəmova Aybəniz Müslüm qızı 85 Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”
Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir.
Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.