1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Uşaqlar Azercell ilə balaca şahzadənin sehrli aləminə səyahət etdilər
02.06.2017

Azercell-dən uşaqlara hədiyyə

Baki, FinanceTime.  “Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdir”deyirik. 

Bu baxımdan gələcəyimiz olan uşaqlara qayğı və diqqət bu gün həm dövlətin, həm də özəl şirkətlərin fəaliyyətinin əsas istiqamətidir. 

Yarandığı gündən etibarən uşaqlara özəl diqqət göstərən “Azercell Telekom” MMCuşaq hüquqları və uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün müxtəlif layihələr həyata keçirir və uşaqların rifahının yüksəlməsinə dair sərmayə yatırır. 

Ənənəyə sadiq qalaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə də Azercell Telekom uşaqları diqqət mərkəzində saxladı. Uşaqlara kitabı və mütaliəni aşılamaq, sevdirmək məqsədilə Azercell Telekom“Aqil & Bilgi” və“Starbucks Azerbaijan”ın dəstəyi ilə “Oxu günü” təşkil etdi.Tədbiri giriş sözü ilə açan Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskayanın sözlərinə görə, ötən il Azercell tərəfindən istifadəyə verilən “Təhlükəsiz interneti Azercell-lə yaşa” layihəsinin bu il ikinci mərhələsinə başlanılıb: “İnternetdən istifadəni təhlükəsiz və faydalı etmək bizim Sosial Məsuliyyət sahəsində əsas məqsədlərimidən biridir. Keçən il başladığımız “Təhlükəsiz İnterneti Azercell-lə yaşa” layihəsininn davamı olaraq bu il biz Bakıda və Azərbaycanın rayonlarında valideyn və uşaqlarla internet təhlükəsizliyi mövzusunda gorüşlər təşkil edəcək, müxtəlif təlimlər keçirəcəyik. Layihə və partnyorlarımız haqqında ətraflı məlumat yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq”-deyə Nigar Şıxlinskaya bildirdi.

1 iyun 2017-ci il saat 15:00-da Gənclik Malldakı Starbucks kafedə baş tutan layihə çərçivəsində uşaqlar üçün Antuan de Sent-Ekzuperinin "Balaca şahzadə" əsəri oxundu, daha sonra kitabla bağlı müzakirələr aparıldı, uşaqlar möcüzəli dünyası olan balaca şahzadənin sehrli aləminə səyahət etdilər.Əsəri uşaqlar üçün təmənnasız olaraq məşhur radio DJ-ləri İlahə Şıxlinskaya və Ağa Nadirov oxudular.

Azercell-in balaca dostlarına hazırladığı bayram sürprizləri bununla bitmədi. İyunun 1-i Bəsti Bağırova küçəsi 2, Z.Tağıyev küçəsi 26 A  və 28 May küçəsi 33 A AZEX ofislərinə gələn uşaqlı müştərilərə keçən il bu tarixdə istifadəyə verilmiş “Kaspersky Safe Kids” xidmətindən 6 aylıq pulsuz istifadə kuponları və kiçik hədiyyələr verildi. 

Azercell-in uşaqlarla bağlı həyata keçirdiyi layihələr sırasında “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm yarışını, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”,“Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”,“Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar xətti”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. kimi layihələri misal göstərmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment