1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” Bakıda keçirilən beynəlxalq neft-qaz konfransının innovasiya tərəfdaşı olub
02.06.2017

Baki, FinanceTime.  “Microsoft” korporasiyası bu gün Bakıda işə başlayan XXIV “Xəzər Neft və Qaz” Beynəlxalq Konfransın innovasiya tərəfdaşı olub.

Regionda neft və qaz sənayesinin əsas diqqət mərkəzinə çevrilən konfrans hər il Xəzər regionunda əhəmiyyətli neft-qaz layihələri və enerji təhlükəsizliyinin təminatına dair müzakirələr aparmaq məqsədilə yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

Konfrans çərçivəsində tədbir iştirakçıları qlobal enerji sektorunda Azərbaycanın rolu, qabaqcıl layihələr və onların gələcək inkişaf strategiyasının ümumi vəziyyəti, qabaqcıl qazma və neftçıxarma texnologiyaları vasitəsilə neft hasilatı əmsalının artırılması, ekoloji və sənaye təhlükəsizliyinin təminatı, Azərbaycanda alternativ enerji inkişafı, Azərbaycanda torpaq kəşfiyyatı işlərinin nəzərdən keçirilməsi və s. kimi məsələləri müzakirə edəcəklər.

Konfransın ilk günündə “Azərbaycanda neft emalı və neft-kimya sənayesinin icmalı" sessiyasında Mərkəzi və Şərqi Avropada “Microsoft” korporasiyasının neft və qaz sənayesi üçün həllərinin aparıcı təchizatçısı olan Tibor Baço (Tibor Bacso) “Microsoft Azure Machine Learning”in tətbiqi ilə NEZ-in məhsuldarlığının optimallaşdırılmasında “big data”nın istifadəsi” mövzusuna həsr olunmuş, tədbirin ikinci günündə isə "İnsanlar üçün rəqəmsal proseslərin və texnologiyaların istifadəsi" sessiyasında korporasiyanın nümayəndəsi “Kəşfiyyat və istehsal səmərəliliyinin artırılması üçün “Microsoft”un bulud həllərinin imkanlarından istifadə” mövzusuna həsr olunmuş təqdimatlarla çıxış edəcək.

«”Microsoft” korporasiyası “Xəzər Neft və Qaz – 2017“ beynəlxalq konfransın innovasiya partnyoru qismində çıxış etməkdən və sözügedən sahədə mühüm bir hadisəyə dəstək olmaqdan məmnundur. Bu təşəbbüs “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanan Azərbaycan üzrə Milli Planının bir hissəsidir. “Microsoft”un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı müəssisələrin iqtisadi effektivliliyinin artırılması daxildir. Enerji daşıyıcılarına olan qlobal tələbat və təkliflər üzrə problemlərin həlli biznes proseslərinin inteqrasiyası, innovasiya sıçrayışları və möhkəm işgüzar əlaqələrdən asılıdır. “Microsoft”un texnologiyaları neft-qaz sahəsində çalışan insanlara daha optimal və operativ qərarlar qəbul etməyə kömək edir. Onlarla quyunun, yüzlərlə qurğunun və minlərlə insanın uğurlu koordinasiyası üçün etibarlı və funksional kompleksli İT-sistemlər gərəkdir. “Microsoft”un layihələrin idarə olunması texnologiyaları şirkətlərə istənilən miqyasda layihələri həyata keçirməyə yardım edəcək», - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Qeyd edək ki, ikigünlük konfransda 30 ölkədən artıq 400-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment