1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ramazan ayında “Belvedere” restoranı biznes-naharı həm də iftar vaxtı verəcək
01.06.2017

“Excelsior Hotel & Spa Baku” otelinin “Belvedere” restoranı Ramazan ayından etibarən oruc tutan insanlar üçün xüsusi rejimdə işləyəcək. Bu barədə bizimlə otelin Ərzaq və içkilər departamentinin meneceri Mehmet Ayan danışdı.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli “İmperial” lüks, “Royal” lüks, “Crown” lüks, “Heritage” deluks, “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

- Mehmet bəy, Ramazan ayında “Belvedere” restoranı hansı rejimdə işləyəcək?

- Bildiyiniz kimi, 5 iş günü bizim restoranda saat 12.00-dan 15.00-a qədər biznes nahar verilir. Ramazan ayı ilə əlaqədar oruc tutan müştərilərimizi də nəzərə aldıq və iftar vaxtına biznes-naharı saldıq. Yəni iftar vaxtı qonaqlarımız gəlib oruclarını aça bilərlər. Qeyd edim ki, bir nəfər üçün qiymət 19 manatdır. Günorta verdiyimiz bines-nahar həftənin 5 iş günü olacaq, amma ötən ildən fərqli olaraq, bu dəfə şənbə-bazar da daxil olmaqla, Ramazan ayı bitənə qədər hər gün bu restoranda açıq bufet iftar yeməyi təqdim olunacaq.

- İftar süfrəsinə nələr daxildir?

- Zəngin salat süfrəsi, şirniyyat, müxtəlif meyvə şirələri, çay, ana yeməklər, qazan yeməkləri və suplar daxildir. Onu da deyim ki, qonaqlarımız çox olduğu üçün əvvəlcədən yeri rezerv etmək lazımdır. Əks təqdirdə, oruc tutan bacı-qardaşlarımız yer olmadığına görə geri qayıtmaq məcburiyyətində qala bilərlər.

- Pəhriz saxlayan insanlar üçün xüsusi menyunuz var?

- Pəhriz saxlayanlar üçün suplar, müxtəlif cür salatlar, qara çörək, meyvə şirələri və s. var.

- Bəs bu il yay mövsümü üçün “Excelsior Hotel & Spa Baku” otelində hansı tədbirlər olacaq?

- Yay mövsümünün açılışı ilə əlaqədar ənənəvi yay tədbiri olacaq. Amma günü tam məlum deyil. Keçən həftə artıq açıq hovuzun açılışı oldu. Bu il “Green House” restoranında dəyişiklik etmişik. Belə ki, artıq “Green House”a gələnlər fərqli dizaynla qarşılaşacaqlar. Buranı qədim Azərbaycan stilində düzəldirik. Onu da deyim ki, hovuz kənarında yenə də klassik və korporativ banketlər olacaq.

- Burada müxtəlif ölkələrdən olan əcnəbilərlə rastlaşdıq. Hansı ölkədən qonaqlarınız var?

- Ruslar, türklər, ingilislər, israillilər, ərəblər, iranlılar və s. millətin nümayəndələri var. Hazırda ruslar daha çoxdur. Amma bir ay sonra keçən il olduğu kimi, ərəblərin daha çox gələcəyini gözləyirik.

- Yeməkləri hazırlayarkən əcnəbilərin ağız dadını nəzərə alırsınız?

- Daha çox Avropa yeməkləri hazırlayırıq. İranlılar ət yeməklərinə daha çox üstünlük verirlər. Ərəblər isə düyü yeməklərini, bir az da yağlı yeməkləri daha çox xoşlayırlar. Tərəvəz yeməklərini də sevirlər. Çünki isti olduğundan onların ölkəsində tərəvəz çox da yetişmir.

- “Belvedere” restoranında ad günü və toy edən olur?

- “Belvedere” restoranı daha çox oteldəki qonaqlara xidmət göstərdiyi üçün çox gurultulu tədbirlər etmirik. Toy açıq havada Afurca zalında keçirilir. Müasir dövrdə elə gənclər olur ki, açıq hovuzun ətrafında toy etmək istədiklərini deyirlər. Açıq hovuzun kənarında 500-600 nəfərlik yerimiz var. Toy, nişan, korporativ tədbirlər, konsert proqramı və digər tədbirlər keçirilir.

- "Excelsior Hotel & Spa Baku" Azərbaycanda turizm sektorunda fəaliyyət göstərən otellər arasında bu il dəfələrlə “Media Consalting” şirkəti tərəfinən aparılan monitorinqə görə, otellər arasında mediada işıqlandırılan məlumatların sayına görə 1-ci yerə çıxıb.

Elədir. "Excelsior Hotel & Spa Baku", Mərkəzi Media Consalting Şirkəti tərəfindən aparılan araşdırmaya görə, bu ilin 5 ayı ərzində 4 dəfə 1-ci yerə, bir dəfə də 3-cü yerə düşüb. Mediada ən çox otellər arasında bizim otelin adı çıxıb. Bunun da səbəbi odur ki, "Excelsior Hotel & Spa Baku" öz xidmətləri, məhulları haqqında ictimaiyyətə davamlı olaraq məlumatlar ötürür, maraqlı tədbirlər keçirir. Bu məlumatlar da ictimaiyyət tərəfindən maraqla qarşılanır və mətbuatda işıqlanır.

- Sizin otelin və restoranların xidmətlərindən istifadə edənlər üçün pulsuz nəqliyyat xidmətinizin də olduğunu eşitdik…

- Bəli, daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir. Oteldə keçirilən tədbirlərə, biznes nahara iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Maraqlı müsahibə üçün təşəkkür edirik.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment