1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bankın yeni nəsil bankomatları müştərilərin istifadəsinə verilmişdir
31.05.2017

Baki, FinanceTime.  Ölkənin aparıcı korporativ bankı PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə vermişdir. Özündə həm bankomat, həm də avtomatik valyuta mübadilə funksiyalarını birləşdirən qurğular vasitəsilə vətəndaşlarımız və Azərbaycanı ziyarət edən xarici ölkələrin vətəndaşları günün istənilən vaxtı bank kartlarından istifadə edərək vəsaiti nağdlaşdıra biləcək, eləcə də valyuta dəyişmə məntəqələrinə getmədən xarici valyutalarını manata dəyişərək istifadə edə biləcəklər.

Yeni nəsil ATM-lərin digər bir özəlliyi ondan ibarətdir ki, nağdlaşdırma əməliyyatı etmək istəyən digər bank kartı sahiblərinə bankomatın qəbul etdiyi əskinazlar rahat təqdim edilə bilir. Bu tip qurğularda adi bankomatlardan fərqli olaraq vəsaiti qəbul edən və nağdlaşdıranəskinaz bölmələri əlaqəlidir və PAŞA Bankın təqdim etdiyi üstünlük nəticəsində sahibkar gün ərzində yığdığı vəsaiti inkassasiya xərclərini minimuma endirərək ATM-ə daxil edə bilir və eyni əskinazlar rahatlıqla digər kart sahibləri tərəfindən nağdlaşdırıla bilir.

PAŞA Bankın Baş Kommersiya inzibatçısı Melih Mengünün qeyd etdiyi kimi, ölkəmizdə yerli biznesin dirçəldiyi və respublikamıza gələn turistlərin sayının durmadan artdığı bir vaxtda bu cür “nou-xau”-lardan istifadənin genişləndirilməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına növbəti bir töhfədir. “Qarşısında rəqəmsalbankçılığın inkişafını və real sektorun tələblərinin müvafiq qaydada təmin edilməsini davamlı hədəfləyən PAŞA Bank öz müştərilərinin ehtiyaclarını ödəmək üçün beynəlxalq təcrübə və ekspertiza əsasında hazırlanan yeni xidmətlər və texniki həllər bazara təqdim etməyə davam edəcək”, - M. Mengüyekünlaşdırdı.

Qeyd edək ki, yeni nəsil ATM qurğuları artıq JW Marriot Absheron, BakuBoulevard Hotel, Bilgah Beach Hotel və FourSeasons mehmanxanalarında istifadəyə verilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment