1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Barama əməkdaşları məktəblilərlə maarifləndirici görüşdə iştirak ediblər
31.05.2017

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları Chevron Xəzər LTD-nin dəstəyi və Junior Achievement  Azerbaijan-nın təşkilatçılığı ilə “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində məktəblilərə dəstək olublar. Mərkəz əməkdaşları Fidan Tofidi və İradə Məmmədova layihə çərçivəsində məktəblilərlə keçirilən görüşdə iştirak ediblər. 2016-2017-ci tədris ilində həyata keçirilən “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin yekun mərhələsi olaraq təşkil edilən tədbirin əsas məqsədi əmək bazarında müxtəlif peşə sahələri üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirmək idi. Sözügedən görüşdə Bakı və ətraf rayonlarda yerləşən doqquz ümumtəhsil müəssisəsindən (Neftçi Qurban adına 288 saylı orta məktəb, Əliheydər Kazımov adına 228 saylı orta məktəb, C. Cabbarlı adına 161 saylı tam orta məktəb, Bakı Avropa Litseyi, 49 saylı “İntelekt” məktəb-lisey, 163 saylı tam orta məktəb, 6 nomrəli məktəb-lisey, Elşən Sultanov adına 217 saylı tam orta məktəb,147 saylı texniki humanitar liseyi) layihənin təlimlər mərhələsində fəallığı ilə seçilmiş 110 şagird iştirak edib.

Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları proqram iştirakçılarına karyera seçiminin məktəbdə tədrisinin əhəmiyyətindən, incəsənət sahəsində uğurlu karyeranın mümkünlüyündən, müasir əmək bazarında innovasiyaların rolundan danışıblar. Barama İnnovasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verərək bildiriblər ki, Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış bir layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, 40–ı uğurla başa çatıb, onlarla şirkət yaranıb.

Görüşün ikinci hissəsində şagirdlərə qrup şəklində hər bir peşəkar ilə dəyirmi masa arxasında maraq sahələrinə uyğun müzakirə aparmaq imkanı yaradılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları müzakirələrdə fəallıqları ilə seçiliblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment