1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Mastercard” Azərbaycan banklarını mükafatlandırıb
26.05.2017

Baki, FinanceTime.  Bakıda “Mastercard” beynəlxalq ödəniş texnolgiyaları şirkətinin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşları ilə görüşü keçirilib. Artıq ikinci ildir ki, keçirilən tədbir zamanı  innovasiyalar və rəqəmsal texnologiyaların inkişafı mövzuları müzakirə edilmiş və Azərbaycandaki tərəfdaşlar üçün mükafatlandırma mərasimi təşkil edilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən "Mastercard"ın Azərbaycan üzrə meneceri Alper Meriç sürətlə inkişaf edən Azərbaycan bazarının şirkət üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və "Mastercard"ın bu bazarda uzunmüddətli öhdəliyinə sadiq qalacağını qeyd edib.

Daha sonra "Mastercard"ın HGEM-də (“High Growth Emerging Markets”) biznesin inkişafı və məhsulların satışı üzrə baş vitse-prezidenti Onur Kurşun "2017-ci ildə bankçılıq və ödəniş trendləri" mövzusunda təqdimatla çıxış edərək dünyada müxtəlif startapların təqdim etdikləri innovativ ödəniş xidmətləri haqqında məlumat verib və bankları istehlakçılar üçün daha rahat və yenilikçi rəqəmsal həllər təklif etməyə çağırıb.

Elm və texnologiyalar üzrə araşdırmalarına görə Türkiyənin tanınmış jurnalisti və yazıçısı Serdar Kuzuloğlu isə müasir texnoloji yeniliklərin həyatımıza təsiri və bankların rəqəmsal innovasiyalar sahəsindəki cərəyanlara proaktiv yanaşmasının əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində "Samsung" şirkəti tərəfindən təqdim olunan innovativ məhsul olan "Samsung Gear VR" virtual reallıq eynəklərini də təcrübədən keçirmək imkanı yaradılıb ki, bu da iştirakçılar tərəfində xüsusi maraqla qarşılanıb.

Görüş bankların müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə davam edib. Belə ki, “Platinum”, “Black Edition” və “World Elite” kartlarının sayını ən çox artıran bank – “Expressbank”, “Gold” və “Standard” kartlarının sayını ən çox artıran bank – “Unibank, “Debit Mastercard” kartlarının sayını ən çox artıran bank – “Yapı Kredi Bank”, “Debit Mastercard” kartlarının sayını nisbət olaraq ən çox artıran bank –“Rabitəbank”, ən kreativ və innovativ “Mastercard” məhsulunu və ya xidmətini təklif edən bank isə – “Unibank” olub. Digər banklar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment