1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Respublika Gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib
26.05.2017

Baki, FinanceTime. 25 may 2017-ci il tarixində  “AtaHolding” Şirkətlər Qrupunun və  “Synergy Group”  MMC-nin əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

İntellektual yarışda “AtaHolding”, “AtaSığorta”, “AtaTexnologiya”, “VTB Bank Azərbaycan”  və “Synergy Group”    komandaları iştirak ediblər. Oyun “AtaHolding” və Parlaq Zəka verilişinin aparıcısı Aydın Piriyevin təşkilatçılığı ilə keçirilib. Hər birində 6 iştirakçı olan komandalar müxtəlif mövzularda sualları cavablandırmağa çalışıb.  Musiqi fasiləsində  müğənni Araz Hümbətli  mahnılar ifa edib.

Yarışda  birinci yeri “VTB Bank Azərbaycan” ASC komandası,  ikinci yeri “Synergy Group” komandası və  üçüncü yeri isə “AtaSığorta”  ASC komandası tutublar.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı qeyd etdi ki,  ölkəmizin əlamətdar tarixi -28 May Respublika gününü hər il intellektual yarışısın keçirilməsi ilə qeyd etmək xoş ənənəyə çevrilmişdir.  Bu dəfə də turnir kəskin rəqabətlə çox maraqlı və gərgin şəraitdə keçdi. Komandaların  üzvləri nəinki öz bilik səviyyələrini,  həm də qısa müddət ərzində kollektiv surətdə cavab hazırlayıb  qərar vermək bacarıqlarını nümayiş etdirdilər.

“Synergy Group” şirkətinin nümayəndəsi Mirəziz Əzizli yarış iştirakçılarını və qonaqları qarşıdan gələn 28 May Respublika günü münasibəti ilə təbrik edib. O, qeyd edib ki, ölkəmizdə özəl biznes qurumlarında bu cür geniş dünyagörüşlü insanların çalışması sevinc hissi doğurur.

Tədbirin sonunda  qalib komandalara sertifikatlar təqdim edildi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment