1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bravo, Expressbank!
24.05.2017

Baki, FinanceTime. Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan Expressbank ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.

Tək ölkəmizdə deyil, bütün Qafqazda ən böyük ticarət mərkəzlərindən biri olan Gənclik mall-da fəaliyyət göstərən Bravo supermarketdə və Əhmədli qəsəbəsində fəaliyyət göstərən Bravo hipermarketdə Expressbank-ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəlidir. Belə ki, 22 may – 22 iyun tarixlərində Expressbank-ın istənilən Mastercard və ya Maestro kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini Bravo supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.

Amma bu son deyil! Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində  ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından, Bravo supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Müştərilər həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərini gəlirə çevirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment