1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gəncədə ilk dəfə “DigiGirlz” konfransı keçirilib
17.05.2017

Baki, FinanceTime.  “Microsoft Azerbaijan” şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Gəncədə ilk dəfə qızların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransınıtəşkil edib.

“Microsoft” bu təşəbbüslə bütün dünyadaçıxış edir və artıq dördüncü il ardıcıl olaraq sözügedən konfrans Azərbaycanda təşkil olunur. “Microsoft Azerbaijan” şirkətinin komandası Gəncənin 4 və 27 saylı məktəblərini ziyarət edib. Görüşdə Azərbaycan və rus sektorlarının 6-cı siniflərində təhsil alan məktəbli qızlar iştirak edib. Görüş zamanı qızlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.

“DigiGirlz” konfransı çərçivəsində məktəbli qızlar “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri ilə söhbət edib, informasiya texnologiyaları sahəsində karyera qurmaq imkanlarından danışıblar.

«“Microsoft” bütün dünya üzrə qızları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. “DigiGirlz” konfransının əsas məqsədi də məhz texnologiya sahəsində çalışan qızlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Sözügedən konfrans perspektivli şagirdlərə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotiplərini qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb», - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Tədbirin ikinci hissəsi “Kod Saatı” (“Hour of Code”) təşəbbüsünə həsr olunub. Sözügedən təşəbbüsün məqsədi məktəblilərə proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasını çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, "DigiGirlz" qızlara aidtəhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran“Microsoft” korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərinihazırlanmaq məqsədini daşıyır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment