1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank Mobile-ın 1 yaşı oldu
17.05.2017

Baki, FinanceTime. Unibank Mobile-ı mobil telefonunza yükləyəndən sonra, son 1 ildə həyatınızda bu dəyişikliklər oldu: 

- Daha kredit ödənişləri, kart sifarişləri üçün banka getmirsiniz;

- Kommunal ödənişlər üçün işdən qaranəfəs çıxıb ödəmə terminalı axtarmırsınız;

- Bayram günləri rayondakı qohumunuza pul göndərmək üçün avtovağzalda tanış sürücü axtarmırsınız;

- Telefonda konturunuz bitəndə kontur almaq üçün köşk axtarışına çıxmırsınız;

- Növbələrdə saatlarla vaxt itirmirsiniz;

- İnternetiniz, işığınız, qazınız kəsilmir;

- Hər ay rutin işlərə, növbələrə sərf etdiyiniz dəyərli vaxtınızı daha vacib işlərə sərf edirsiniz.

50-dən artıq xidmət və məhsulları ilə həyatımızı asanlaşdıran Unibank Mobile-ın 1 yaşı oldu. Deloitte & Touche LLC şirkəti tərəfindən MDB-nin ən mükəmməl mobil əlavələrindən biri seçilən Unibank Mobile, bu gün öz müştərilərinə banka gəlmədən,  bank xidmətlərinin 90%-dən istifadə imkanı verir.

Ötən 1 il ərzində Unibank Mobile hansı inkişaf yolu keçdi?

-          Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadə mümkün oldu.

-          2016-cı ilin nəticələrinə görə,Deloitte & Touche LLC şirkəti tərəfindən MDB –də ən yaxşı mobil əlavələrdən biri,Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidməti seçildi.

-          Mobil əlavə ilə bank əməliyyatlarının çoxu komissiyasız oldu.

-          Mobil əlavənin planşet versiyası yaradıldı.

-          Ailə üzvlərinin və dostlarının kreditini ödəmək funksiyası əlavə edildi.

-          Onlarla müştəri Unibank Mobile-dan istifadəyə görə keçirilən lotereya çərçivəsində qiymətli hədiyyələr qazandılar.

-          Müştəriyə banka gəlmədən, öz smartfonundan kredit və kart sifarişi imkanı yaradıldı.

-          Azərbaycan mobil bankçılığında ilk dəfə müştəriyə menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləmək imkanı verildi.

-          Mobil bankçılıqda ilk dəfə olaraq bank hesabını bilmədən, yalnız telefon nömrəsinə əsasən  “Dosta köçürmə” xidməti istifadəyə verildi.

-          İpoteka və DYP cərimələrinini ödəmək üçün “Hökumət ödənişləri” bölümü yaradıldı.

-          Fərdi sahibkarların işini xeyli asanlaşdıran və 24/7 bank xidmətlərinə çıxış imkanı verən Unibank Mobile BUSİNESS əlavəsi istifadəyə verildi.

Yaxın aylarda Unibank Mobile-ın bir sıra yeni xidmətləri də müştərilərin istifadəsinə təqdim ediləcək.

Unibank Mobile  xidmətinə 3 cür qoşulma mümkündür:

·         Bank kartınızın son 8 rəqəmi və mobil nömrənizi daxil etməklə;

·         Bankın filiallarında  qeydiyyatdan keçməklə;

·         ASAN İmza ilə qeydiyatdan keçməklə

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –Bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment