1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankında avtomatlaşdırılmış depozit qutuları sistemi
17.05.2017

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edir. Bu sistem müasir bankçılıq texnologiyalarının son nailiyyətlərindən sayılır. Qiymətlilərin qorunmasında ən təhlükəsiz və yüksək xidmət səviyyəsini təmin edir.

Sistemin özəlliyi qiymətlilərin (pul, mühüm sənəd, qiymətli əşya və s.) qəbulu və təhvil verilməsi prosesinin tam avtomatlaşdırılmasıdır. Bu sistemin köməyi ilə ideal təhlükəsizlik və məxfilik şəraitində, hətta bank əməkdaşının iştirakı belə olmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək mümkündür.

Proses çox rahat və operativ şəkildə baş verir: müştəri xidmət kabinəsinə daxil olaraq müqavilə rəsmiləşdirilərkən ona verilmiş kartı və məxfi kodu sistemə daxil edir. Robot sifariş edilmiş depozit qutusunu qapalı zonadan müştərinin olduğu kabinəyə göndərir. Qutu müştəridəki açarla açıldıqdan və əməliyyat başa çatdırıldıqdan sonra sistem depozit qutusunu yenidən avtomatik şəkildə qapalı saxlancdakı yerinə qaytarır.

Azərbaycan Beynəlxalq Bankında depozit seyfinin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlanır, seyfin ölçüsündən asılı olaraq dəyişir.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment