1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir
16.05.2017

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcellşirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsini bu il də davam etdirir.Bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdiməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində ”UAFA”nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.

Hər dəfə övladlarının dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görən valideyinlərin isə sevinci həddsizdir. “Mən övladımın yeni nailiyyətlərinin, həyatının müsbətə doğru dəyişdiyinin şahidi olduqca çox sevinirəm. Artıq o cəmiyyətin fəal üzvünə çevrilib”, bu sözləri valideyinlərdən biri rəqs dərnəyindən bəhrələnən övladı haqda söyləyir. 

“Sosialməsuliyyətlimobil operator olaraq uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün ilk növbədə onların valideynlərinə təşəkkürümüzü bildirir, onların etibarını doğrultmaq üçün daim əlimizdən gələni etməyi özümüzə borc bilirik. UAFA-nın təşkilatçılığı ilə dəstəklədiyimiz bu layihə sayəsində uşaqlar üçün əlavə imkanlar yaradılır və onlar gələcəyə doğru daha inamla irəliləyir, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər. Ümidvarıq ki, layihə ötən illərdə olduğu kimi bu il də çox uğurlu olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib. 

UAFA təşkilatının direktoru Qven Börçell Bakcell–UAFA əməkdaşlığı nəticəsində bu uşaqların dayanıqlı xidmətlərlə təmin olunduqlarını və artıq öz uğurları ilə milli səviyyədə diqqət qazandıqlarını bildirir:”Məqsədimiz əlilliyi olan gənc insanların aktivliyini təmin etmək, onlar üçün bərabər hüquq və imkanlar yaradılmasına dəstək verməkdir. Birgə layihəmiz cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan uşaqları daha yaxından tanıma və onları anlama imkanı yaradır”.

Qeyd edək ki, Mərkəzlərdə təklif olunan dərnəklər hər dəfə uşaqların istək və maraqları əsasında seçilir. Bura dram, rəqs, rəsm, yaradıcılıq dərnəkləri daxildir. Əlamətdar günlərdə, müxtəlif tədbirlərdə çıxış etmək üçün hətta dövlət qurumlarından dəvət alan xüsusi qayğıya ehtiyacı olan dərnək üzvləri öz bacarıqlarını həvəslə göstərir və həmişə alqışlarla qarşılanırlar. Bu dərnəklər əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı cəmiyyətdə əlilliyə münasibəti də dəyişir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment