1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell“Socially devoted” sertifikatına layiq görülüb
15.05.2017

Baki, FinanceTime. Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib. Azercell-in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb. “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2017-ci ilin yanvar-fevral-mart aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. 2012-ci ildən indiyə qədər Azercell Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə dəfələrlə “Socially devoted” adına layiq görülüb. Onu da qeyd edək ki, Azercell ölkədə bu sertifikatı alan ilk mobil operatordur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Bu yeniliklərin tətbiqində məqsəd - abunəçilərlə daha sıx əlaqənin qurmaq, onlara yeniliklər haqqında məlumatları çatdırmaq, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.

Azercell-in Facebook-da rəsmi səhifəsi Azərbaycanda ən populyar səhifələrdən biridir və 9 ildir ki, fəaliyyət göstərir. Şirkətin rəsmi Facebook səhifəsində Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Azercell öz Facebook səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment