1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Avropa Yenidənqurma və İnkişaf Bankı AccessBank-ı Azərbaycanda ən fəal bank seçdi
11.05.2017

AYİB AccessBank-ı ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank elan edib

Baki, FinanceTime. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində AccessBank-ı 2016-cı il üzrə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görüb. Mükafat  AYİB-in 09 may 2017-ci il tarixində Nikosiya şəhərində keçirdiyi İllik Yığıncağı və Biznes Forumu zamanı baş tutan təntənəli mərasimdə təqdim olunub. 

AccessBank-ın İdarə Heyətinin sədri Rolf Reichardt bu təltifatı alqışlayaraq şərh edib: “Biz AYİB kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən bu cür fəxri mükafata layiq görülməyimizlə qürur duyuruq. Bu, bir daha təsdiq edir ki, AccessBank yerli sahibkarlığın dəstəklənməsi üzrə missiyasını uğurla həyata keçirirvə missiyamızın vacib hissələrindən biri də xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir.Bank korporativ bankçılığıninkişafstrategiyası çərçivəsindətəqdim etdiyi korporativ məhsul və xidmətlərin çeşidini genişləndirməyi, həmçinin ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların həcmini daha da artırmağı planlaşdırır”.

AYİB-in Ticarətə Yardım Proqramı 1999-cu il tarixindən fəaliyyət göstərir və hal-hazırda özündə əməliyyat dövriyyəsi 15 mlrd avrodan çox olan 28 ölkədən 100-dən artıq emitent-bankı birləşdirir. Xatırladaq ki, AYİB AccessBank-ın strateji səhmdarlarından biridir və Bankın nizamnamə kapitalında 20% paya sahibdir.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment