1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“İddiasız və ambisiyasız - bizdə çox dadlı olacaq! Tezliklə Kofe Haus Bakıda!
12.05.2017

Bu yay Bakıda sadəcə isti yox, həm də dadlı olacağını vəd edir. 1999-cu ildən uğurla inkişaf edən və bu günə qədər sadəcə öz xüsusi kafesini açan populyar “Kofe Haus” kafe şəbəkəsi franşiza üzrə də genişlənməyə başlayıb. Ümumi şəbəkə rəhbərinin sözlərinə görə, “Kofe Haus” kafesinin açılışı üçün ilk franşiza Bakıya satılıb. Şirkətin baş direktoru – “Kofe Haus”-un tərəfdaşı Ceyhun Quliyevlə  görüşərək kafe seqmentində çox gözlənilən genişlənmə barədə danışdıq.

Artıq neçə ildir ki, Bakıda kafe bumu yaşanır. Kofe mədəniyyəti çay mədəniyyəti ilə uğurlu rəqabət aparır. Daha bir kofe məkanının açılışı birmənalı qarşılanmır. Sevinən də var, “yenə də kofe” deyə düşünən də.

Gəlin ardıcıl nəzərdən keçirək. “Kofe Haus” güclü, beynəlxalq bazarda öz sözünü demiş brenddir və  o sadəcə kofe məkanı yox,  ilk növbədə dadlı yemək, xoş istirahət və əlbəttə ki, kofe haqda sabit bir fəlsəfədir.  

Deməli, rəqabətdən qorxmursunuz? 

Əksinə, şəhərdə nə qədər əla yer olsa, bir o qədər yaxşıdır. Razılaşın ki, insanların ən yaxşısnı seçmək  hüquqları var, azərbaycanlıları isə  təccübləndirmək get-gedə daha da çətinləşir.

Bəs siz nə ilə təəccübləndirmək istəyirsiniz?

Bilmirəm xəbəriniz var ya yox, “Kofe Haus” şirkətinin öz kofe qovurma sexləri var. Kofenin qovrulması hazır içkinin dad xarakteristikasına təsir edən əsas faktorlardan biridir. Keyfiyyətə nəzarət standartı elə səviyyədədir ki, çəkinmədən bu kofenin  qüsursuz olacağını deyə bilərəm. Menyu elə genişdir ki, çoxlarında restorana getmək həvəsi qalmayacaq. Hər şeyi sadalamağa sadəcə vaxtımız çatmaz.   

Bir neçə il əvvəl “Kofe Haus” kafe şəbəkəsində “WOW-servis” layihəsi tətbiq olundu. Layihənin  məqsədi müştəri xidmətinə yeni yanaşmanın yaradılması idi və bu yenilik gözlənilən uğuru qazandı. Bu sistem Bakıda da tətbiq olunacaqmı?

Birincisi, xüsusi qeyd etmək istəyirəm ki, dad və servis bizim şərtsiz prioritetlərimiz olacaq. Hazırda “Kofe Haus Azərbaycan” əməkdaşlarının əsas heyəti şirkətin baş mərkəzində treninqlərdədir. Bir ay ərzində əməkdaşlarımız beynəlxalq təcrübəni mənimsəyəcək, analiz etməyi öyrənəcək vəəminəm ki, tezliklə mahir ustalıq nümayiş etdirəcəklər!           

Gördüyüm kimi, əsas hədəflər artıq bəllidir?

 Bəlkə də təkrar qeyd edirəm, bizim bütün komandamızın əsas vəzifəsi “Kofe Haus-da çox dadlıdır” ifadəsini reallaşdırmaqdır. Biz şef və pastri-şeflərin “düzgün əllərinin” olmasına çox yaradıcı yanaşmışıq. Bizdə səhər saat 8-dən ləziz səhər yeməkləri, ətirli Dabl Kapuçinonun 20 növü, naharlar, doyumlu şam yeməkləri, pasta və pizzalar, dondurmalar tədqim olunacaq, çizkeykimiz barədə isə hətta əfsanə yazmaq olar. Əminəm ki, o bizim vizit-kartımıza çevriləcək, hərçənd isti şokoladımız və çaytikanı çayımız da olacaq. 

Elə ləzzətli səslənir ki, lap dadına baxmaq istədik. Bəs gələcək planlarınız nədir? Genişlənməyi düşünürsünüzmü?

Şübhəsiz. Bir neçə il ərzində biz məkanlarımızın sayını təkcə şəhərdə deyil, onun hüdudlarından kənarda da artırmağı planlaşdırırıq. Əlbəttə ki, qonaqlarımızın tam dəstəyi ilə, biz buna çox inanırıq.





     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment