1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) VTB Mobile xidmətini istifadəyə verdi
11.05.2017

Baki, FinanceTime. Bank VTB (Azərbaycan) yeni məsafəli xidmətini – VTB Mobile adlı mobil bankinq xidmətini müştərilərinin istifadəsinə verib. Yeni əlavə sayəsində indi bankın müştəriləri istənilən vaxtı müxtəlif bank əməliyyatlarını İOS v Android platformalarını dəstəkləyən mobil cihazları ilə həyata keçirə bilər.

VTB Mobile əlavəsindən istifadə 24 saat ərzində mümkün olacaq və müştərilərə bank xidmətlərindən təhlükəsiz rejimdə istifadə etməyə imkan verəcək.

Mobil bank vasitəsi ilə aşağıdakı xidmətləri həyata keçirmək mümkündür:

·         Kommunal xərclərin ödənilməsi

·         Hesablar, kartlar, depozit və kreditlər haqqında məlumatın alınması

·         Cari və ya kart hesabından çıxarışın alınması

·         Kartdan karta pul vəsaitinin köçürülməsi

·         Bank VTB (Azərbaycan) daxilində, eləcə də Azərbaycanın digər banklarına pul köçürülməsi

·         VTB (Azərbaycan) və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın əldə edilməsi.

Vahid texnoloji platforma hesabına bankın VTB Online internet bankinq istifadəçiləri avtomatik olaraq VTB Mobile xidmətinin istifadəçilərinə çevrilir. Belə ki, mobil əlavə sisteminə giriş üçün müştəri VTB Online internet bankinqə daxil etdiyi eyni paroldan istifadə edir. İnternet bankinqdə olduğu kimi, mobil bankinqdə də eyni avtorizasiya sxemləri dəstəklənir: birdəfəlik SMS-parol, mobil açar generatoru, eləcə də Asan İmza.

Daha ətraflı məlumat üçün müştərilər bankın filiallarına və ya 986 qısa nömrəli (Azercell nömrələrindən - 012 986) CallCenter xidmətinə müraciət edə bilər, habelə bankın saytından zəng sifariş edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment