1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Bank of Baku”-dan 10.000 AZN-dək Nağd Pul Krediti!
11.05.2017

Baki, FinanceTime. Bank of Baku, nağd pul krediti əldə etmək istəyən müştəriləri üçün yeni və daha sərfəli şərtlərlə rəsmiləşdirmə imkanı yaradır. Belə ki, məbləği və ödəniş müddəti artırılan nağd pul kreditini indi müştərilər daha aşağı faizlə, 24 ay müddətinə əldə edə biləcəklər.    

Şərtləri yüngülləşdirilmiş kredit məhsulunda Bankın tətbiq etdiyi əsas yeniliklər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:

* Kreditin məbləği 10.000 AZN-dək artırıldı;

* Təhsil və Tibb əməkdaşlarına özəl güzəştli şərtlər tətbiq olundu – əmək haqqı tələbi vergilər daxil 200 AZN-dək endirildi;

* Maaş kartı digər banklarda olan müştərilərə kredit almaq imkanı yaradıldı - əmək haqqı kartınızın hansı bankdan olmasından asılı olmayaraq Bank of Baku-ya nağd pul krediti üçün müraciət edə bilərsiniz;

* ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – iri özəl müəssisələrdə çalışan və aylıq gəliri yüksək olan şəxslərə 10.000 AZN-dək kredit zaminsiz verilə bilər;

* ÇEVİK rəsmiləşmə - təcili olaraq pula ehtiyacı olan şəxslər üçün bir çox hallarda kreditin 30 dəq. ərzində rəsmiləşdirilməsi mümkün olacaq;

* Ödəniş müddəti 24 ayadək uzadıldı;

* İllik faiz dərəcəsi aşağı salındı;

* Rəsmiləşdirmə komissiyası isə sadəcə 1% təşkil edir.

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan bu kredit məhsulunu Bankın həm köhnə müştəriləri, həm də ilk dəfə müraciət edəcək potensial yeni müştəriləri əldə edə bilər.

Yüksək məbləğli, uzun müddətli, aşağı faizli və çevik kreditləşmə istəyən şəxslər iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

Bank of Baku-nun təqdim etdiyi kredit məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi internet ünvanına daxil olaraq http://www.bankofbaku.com/ tanış ola bilərsiniz.  

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment