Baki, FinanceTime. 10 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100956S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 25 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5investor tərəfindən 5 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 75,253,700.00AZN təşkil etmişdir.
Sifarişlər98.8696 AZN (14.6998%) və 99.0448 AZN (12.3995%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9305 AZN (13.8993%), orta ölçülmüş qiyməti –98.9944 AZN (13.0604%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi07.06.2017-ci ildir.