1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək olub
11.05.2017

Baki, FinanceTime. Beynəlxalq texnologiya şirkəti olan “Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək göstərib. Şirkət birinci qrup əlil olan Masər Həsənova onun universitetə gediş-gəlişini “Uber” servisi ilə pulsuz həyata keçirilməsi imkanı ilə təmin edib.

"Biz Masər Həsənova bilik əldə etməkdə dəstək olduğumuza görə çox şadıq. Biz fiziki məhdudiyyətli insanları dəstəkləməyə, onlara başqaları ilə bərabər inkişaf etməyə kömək edirik. Bu prinsip işimizdə də inteqrasiya olunur: beləliklə, bütün dünyada, o cümlədə Azərbaycanda, biz eşitmə qüsurlu sürücülərlə əməkdaşlıq edirik, bununla da onlara rahat şəraitdə qazanc əldə etmək imkanı yaradırıq. İnanırıq ki,bərabər imkanlar cəmiyyətinin inkişafına töhfəmizi verə bilir", - deyə ”Uber”in MDB ölkələri üzrə baş direktoru Aleksey Stax bildirib.

Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda rejissor peşəsini öyrənir. Onun hesabında artıq bir neçə sənədli film var – "Everest – ilk addım", "Mənim Bakım", "Kapoeyra", sosial video-çarx "Dünya biz  düşündüyümüzdən daha yaxşıdır", qısametrajlı film "Sevgi naminə", kino-etüd “Payız uzunluğunda sevgi".

"Tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı – SABAH layihəsinin prioritetidir. Xüsusi qayğı və diqqət tələb edən tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı isə bizim ümumi məsuliyyətimizdir. Sevindiricidir ki, “Uber” şirkətikorporativ sosial məsuliyyəti çərçivəsində bu təşəbbüsü dəstəkləməyə hazır oldu və tələbəmizə yardım göstərdi. Bu, yalnız şirkətlər gənclərə necə dəstək ola biləcəyinin nümunəsi deyil, həm də Masər üçün bir stimuldu. Bizimlə birlikdə SABAH  haqqında düşündüyünə görə “Uber”ətəşəkkür edirəm”, - deyə SABAH qruplarının İcraiyyə Komitəsinin  rəhbəri Şahin Seyidzadə bildirib.

 

 

Uber haqqında:

"Uber" - şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətidir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.

"Uber"in missiyası – şəhəriçi hərəkəti sadə, etibarlı və əlçatan eləməkdir. Şirkət “smartfona bir toxunuşla avtomobili necə sifariş etmək olar?” sualına cavab verərək 2009-cu ildə fəaliyyətə başlayıb. Altı il sonra, 2 milyarddan artıq gedişi təmin etdikdə, "Uber" ciddi çağırışları həll etməyə çalışır: avtomobilləri daha səmərəli istifadə edərək şəhərlərdə tıxacların sayını və atmosferin çirklənməsini azaltmaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment