1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Visa, Avroviziya Mahnı Müsabiqəsinin Rəsmi tərəfdaşı olaraq tədbirlərin başlanmasını elan edib
11.05.2017
Visa və tərəfdaş bankları tərəfindən hazırlanan innovativ ödəniş məhsullarını sınaqdan ilk olaraq siz keçirin.
 
Baki, FinanceTime. Visa (NYSE: V), Kiyevdə keçiriləcək Avroviziya 2017 Mahnı Müsabiqəsinin rəsmi tərəfdaşı olaraq, Avroviziya Şəhərciyində Visa İnnovasiyalar Stendinin açılışını elan edib. Stend, 4 - 14 may 2017-ci il tarixinədək B.Xmelnitski küç. və Prorizna küç. arasında Kreşatik küçəsində yerləşən Avroviziya Şəhərciyində saat 1-dən axşam 10-dək fəaliyyət göstərəcək.
 
Visa payWave kontaktsız texnologiyasının praktik sınağı, eləcə də Visa və tərəfdaş bankların: PrivatBank, FUIB, Raiffeisen Bank Aval və Oschadbank, innovativ məhsullarını yoxlamaq və almaq imkanı.
 
Kontaktsız NFC ödənişləri üçün PrivatBank tərəfindən təqdim olunan mobil əlavə
 
Sadəcə, Visa kartınızı Privat24 mobil pul kisəsinə əlavə edin və smatfonunuz vasitəsi ilə kontaktsız ödənişlərdən zövq alın. Əgər sizin Visa kartınız yoxdursa, bu, Visa demo stendində Avroviziya brendi altında olan ani kartı əldə edərək, 99 ədəd Samsung Galaxy A5 smarrtfonundan 1-ni qazanmaq imkanıdır. 
 
İlk Ukrayna Beynəlxalq Bankı (İUBB) tərəfindən kontaktsız stiker formasında təqdim olunan öncədən ödənilmiş kart 
Stikeri mobil telefona və ya hər hansı dogər cihaza yerləşdirməklə onu kontaktsız ödəniş alətinə çevirin.
 
Oschadbank tərəfindən təqdim olunan Visa payWave kontaktsız ani kart
Visa payWave kontaktsız kartını Oschadbank-dan bir anda alın - heç bir gözləmə müddəti və sənədlər olmadan. Bundan başqa, Oschadbank tərəfindən verilən Visa kartlarının sahibləri, hər 10 gündən bir,  Avroviziya brendi altında olan hədiyyələr qazanmaq şansı əldə edəcəklər .
 
Kontaktsız ödənişlər üçün Raiffeisen Bank Aval tərəfindən təqdim edilən mobil əlavə
 
Siz, Avroviziya Şəhərciyində Avroviziya iştirakçılarının çıxışlarını izləyə və bundan əlavə Visa kart sahibləri üçün xüsusi təkliflərin üstünlüklərindən faydalana bilərsiniz. Məsələn, , Visa ödəniş kartl, stikeri və ya Visa ödəniş əlavəsi vasitəsi ilə, 500 Ukrayna qrivnası (təxm. 19 ABŞ dolları)-dan artıq ödəniş edən şəxslər, Avroviziya 2017 rəsmi mallarını 10% endirimlə əldə etmək imkanını qazanır.
 
________________________
1 Android 4.4 və ya daha sonrakı əməliyyat sistemi ilə çalışan NFC-dəstəkləyən smartfon
2 Promo-aksiya 5 - 13 may 2017-ci il tarixləri arasında olan dövrdə Avroviziya Şəhərciyi ərazisində keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə PrivatBank-in vebsaytında privatbank.ua tanış ola bilərsiniz.
4 Promo-aksiya 5 - 13 may 2017-ci il tarixləri arasında olan dövrdə Avroviziya Şəhərciyi ərazisində keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə Oschadbank -in vebsaytında oschadbank.ua tanış ola bilərsiniz.
5 Promo-aksiya, müvəqqəti işğal olunmuş ərazilər və ATO ərazisi istisna olmaqla, Ukrayna ərazisində, 25 aprel 2017-ci il tarixindən 30 sentyabr 2017-ci il tarixinədək olan dövrdə keçiriləcək. Aksiyanın təfərrüatları, qaydaları və məhdudiyyətləri ilə Oschadbank -in vebsaytında (oschadbank.ua, promo.oschadbank.ua) tanış ola bilərsiniz.
6 Promo-aksiya 4 - 14 may 2017-ci il tarixləri arasında olan dövrdə Avroviziya Şəhərciyi ərazisində keçiriləcək.
 
Avroviziya əhval-ruhiyyənizi çəkin və şəkil və ya videounuzu Instagram və ya Twitter-də #visa2eurovision heşteqilə paylaşın. Ən gözəl şəkillər və ya videolar musiqili hədiyyələrlə mükafatlandırılacaqlar.
 
Avroviziya Şəhərciyində baş tutacaq Visa İnnovasiyalar Stendində görüşənədək.
Biz eyni dalğadayıq!
 
 
Visa şirkəti haqqında məlumat:
 
Visa Inc. (NYSE:V) – sürətli, təhlükəsiz və etibarlı elektron ödənişlər üçün 200-dən artıq ölkədə və ərazidə istehlakçıları, şirkətləri, maliyyə müəssisələrini və hökuməti birləşdirən qlobal ödəniş texnologiya şirkətidir. Biz, saniyədə 65,000 tranzaksiya məlumatını emal etmək gücünə malik, istehlakçılar üçün dələduzluqdan qoruyan, ticari-xidmət müəssisələrinə ödənişlərin yerinə yetirilməsi zəmanətini verən, ən qabaqcıl emal şəbəkələrindən biri olan - VisaNet-lə əməliyyat aparırıq.. Visa bank deyil, ödəniş kartları buraxmır, komissiyaları və ya faiz dərəcələrini təyin etmir. Bununla yanaşı Visa-nın innovativ həll üsulları maliyyə təşkilatlarına öz müştəriləri üçün geniş maliyyə alətləri təklif etməyə imkan verir. Bura debet kartlar, öncədən ödənmiş və kredit kartları məhsulları daxildir. Ətraflı məlumat əldə etmək üçün: www.visasoutheasteurope.com, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijanVisa CISSEE Newsroom.
 

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment