1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq
10.05.2017

Baki, FinanceTime. Azercell Telekom MMC daha bir yeniliyə imza atır. Belə ki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq online rejimdə keçiriləcək. Kursların online rejimdə təşkil olunması rəqəmsallaşan həyatımızda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Kurslara qatılmaq üçün media nümayəndələri press@azercell.com ünvanına istək ərizələrini göndərməlidirlər. Ərizələr 10.05.17 -13.05.17 tarixləri arası qəbul olunacaq. Müraciət etmiş ilk 50 jurnalist ingilis dili kurslarına qatıla biləcək.

Kurslarda media nümayəndələrinin səviyyəsi və bilikləri yoxlanıldıqdan sonra hər biri özəl kurs üzrə dərslərə başlayacaq. Dərslər 6 ay davam edəcək. KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə Azercell şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olmağa davam edəcək. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, bü günə kimi 7 il ərzində 200-dən çox KİV nümayəndəsi Azercell-in təşkil etdiyi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Kursların uğurlu tədrisi sayəsində jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Bundan əlavə hər tədris ilinin sonunda dərslərdə fərqlənən 2 media nümayəndəsi Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilib.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi güzəştli tarif planı - Mediacell tarifini hazırlayıb. Şirkət eyni zamanda jurnalistlərin peşəkarlığının artırılmasına yönəlik xeyli sayda təlim və layihələr həyata keçirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment