1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” www.e-pul.az ödəniş portalı ilə əməkdaşlığa başlayıb
10.05.2017

 

Müştərilərin rahatlığı üçün onlayn ödəniş sistemlərinin sayı genişləndirilir...

Baki, FinanceTime. Artıq bu gündən etibarən “PAŞA Həyat” şirkətinin müştəriləri sığorta haqqı məbləği üzrə ödənişlərini www.e-pul.az ödəniş portalı vasitəsilə də həyata keçirə biləcəklər.

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin verdiyi məlumata görə, www.e-pul.az portalı vasitəsi ilə aparılan ödənişlər “PAŞA Həyat”ın bütün həyat sığortası məhsulları üzrə keçərlidir:“Müştəri sadəcə www.pasha-life.az saytından və ya www.e-pul.az portalının sığorta bölməsinə daxil olaraq “PAŞA Həyat”ı seçməklə həyat sığortası üzrə müvafiq ödənişini edə bilər. Bütün bu kimi işlər “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Bizim yeniliklərimiz yalnız bundan ibarət deyil. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər edəcəyik”.

Qeyd edək ki, www.e-pul.az təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilən elektron ödəmə sistemidir. Ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsi ilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində aparılır və dərhal hesablara oturur.

Xatırladaq ki, “PAŞA Həyat” sözügedənsistemlə yanaşı, www.kassam.azwww.izim.az ödəniş portalları ilə də əməkdaşlıq edir.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment