1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell gəncləri “Smart Start” təcrübə proqramına qatılmağa dəvət edir
08.05.2017

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlərə satış və marketinq sahəsində 2 ay müddətində təcrübə keçmək imkanı yaradılacaq. Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda  karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

http://developtalent.bakcell.com/azsəhifəsində “Smart Start” haqqında daha ətrafli məlumat almaq və 15 may 2017-ci il tarixinə qədər müraciət göndərmək olar.

Qeyd edək ki, 2014-cü ildən etibarən “Smart Start” təcrübə proqramında iştirak etmək üçün 5500-dən çox müraciət daxil olub. Onlardan 85 nəfər seçimdən uğurla keçərək proqramda iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən məzunlardan 16 nəfər Bakcell şirkəti tərəfindən, 19 nəfər isə başqa şirkətlər tərəfindən işlə təmin edilib. Digər 50 nəfər isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır.  Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment