1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi
08.05.2017

Baki, FinanceTime. NIKOIL | Bank faşizm üzərində Qələbə gününün 72-ci ildönümü münasibətilə Leninqrad  şəhərinin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan  Böyük Vətən Müharibəsinin veteranlarına öz maddi yardımını göstərdi. Görüş ənənəvi bayram naharı masası arxasında baş tutmuşdur. Lənkəran filialının əməkdaşları isə Böyük Vətən müharibəsi iştirakçısı 1925-ci il təvəllüdlü Paşayev Daşdəmirlə görüşərək ona əməkdaşların təbrikini  çatdırdılar.  Daşdəmir müəllim 1943-cü ildə cəbhəyə çağırılmışdır və onun döyüş yolu Belorusiya cəbhəsindən Berlinədək davam etmişdir. 

Nəzərinizə çatdırmaq  istəyirik ki, Leninqrad mühasirəsi 1941-ci il 8 sentyabr tarixindən, 1944-cü il 27 yanvar tarixinədək davam etmişdir. Bu illər ərzində müxtəlif hesablamalara görə 300 mindən 1,5 milyonadək mühasirədə olan insan həlak olmuşdur. Onlardan  yalnız 3%-i bombalanma və artilleriya atəşindən, qalan 97%-i isə aclıqdan həlak oldular. Bundan əlavə qeyd etmək lazımdır ki, 1941 – 1945- ci illər ərzində sovet hərbi sıralarına 600 000-ə qədər azərbaycanlı çağırılmışdır. Onların təxminən yarısı cəbhədə həlak olmuşdu.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil












     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment