1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Heydər Əliyev Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərmişdir
05.05.2017

Baki, FinanceTime.   2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət etmişdir ki, bu da  ötən ilin analoji göstəricisindən 36 faiz çoxdur.

AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594min nəfəri düşmüşdür ki, bunun da 158min nəfəridaxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınmışdır.

904min sərnişin (85 faiz) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2 faizi "Azərbaycan Hava Yolları"-nın, 51,8 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir - bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62 faizini təşkil etmişdir. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12 faizi) daxildir.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment