1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Microsoft" IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu
04.05.2017

Baki, FinanceTime.  “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməmliyyat Komitəsi və “Microsoft” korporasiyası arasında tərəfdaşlığa dair saziş imzalanıb. Sənədi “Bakı 2017” Əməliyyat Komitəsinin direktoruElçin Səfərov və “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar. “Microsoft” sözügedən yarışların rəsmi dəstəkçisi kimi “Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq.                                                                      

Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. “Bakı 2017 Skype Zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.

Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və “Bakı 2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.

“Bakı 2017” Əməliyyat Komitəsinin direktoru, Atletlər kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov “Microsoft” şirkəti ilə tərəfdaşlığı şərh edərək bildirib: "Biz “Microsoft” kimi bütün dünyada tanınmış brendin “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi sırasında görməkdən məmnunuq. "Bakı 2017 Skype Zonası” yeni üfüqlər açır və azarkeşlərə qazandıqları uğurun sevincini yaşayan və uğurlarını dostları və ailələri ilə birlikdə qeyd edən idmançıların hisslərini paylaşmaq kimi gözəl imkan yaradır".

“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov əlavə edib: “İqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən informasiya-kommunikasiyaları texnologiyalarının inkişafı Azərbaycan üçün prioritet sahələrdən biridir, milli iqtisadiyyatın modernləşdirilməsində informasiya texnologiyalarından istifadə isə böyük əhəmiyyət kəsb edir. “Microsoft” korporasiyası İslam Həmrəylik Oyunları kimi möhtəşəm idman tədbirinə dəstək göstərməkdən və sözügedən yarışların tərəfdaşı qismində çıxış etməkdən qürur duyur. Gələcəkdə də innovativ texnoloji yanaşmalarımızla dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olmaq niyyətindəyik”.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment