1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bakı marafonu — 300 Azər Türk Banklı yürüşdə iştirak etdi
02.05.2017

Baki, FinanceTime. Dünən səhər Bayraq meydanından start götürən "Bakı Marafonu 2017" yürüşü Olimpiya stadionunda uğurla başa çatdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən bu möhtəşəm idman bayramının qalibləri müəyyən olundu və təşkilatçılar tərəfindən, yarışın şərtlərinə uyğun olaraq, pul mükafatları və hədiyyələrlə təltif edildilər.

21 kilometrlik qaçış zolağını hamıdan tez qət edərək ilk onluqda qərarlaşan digər həvəskar idmançılara isə yarışın sponsorları, o cümlədən Azər Türk Bank öz hədiyyələrini təqdim etdi.

Qürurla qeyd etmək istəyirik ki, artıq beynəlxalq format almış bu tədbirdə minlərlə azərbaycanlılarla yanaşı, burada yaşayıb işləyən müxtəlif ölkələrin yüzlərlə vətəndaşlarının da məmnuniyyətlə qatıldığı bu əzəmətli tədbirin sponsorları sırasında bir dövlət bankı kimi Azər Türk Bank da vardır.

Ölkədə bir çox sosial layihələrin gerçəkləşməsində rolu olan Azər Türk Bank bu kimi mühüm əhəmiyyətli tədbirlərin ərsəyə gəlməsində iştirakından, xüsusilə son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdan qürur duyur. Korporativ üsluba uyğunlaşdırılmış idman geyimində 300 nəfər Azər Türk Banklı yürüşdə iştirak edərək Bankı bu idman bayramında təmsil etmişlər. Sevinirik ki, 30 aprel günü marafonçularımız, həm də Azər Türk Bankla birgə, küləyə qalib gəldilər.

Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunmuş bu layihənin icrasını “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirmişdir.

“Bakı Marafonu 2017”-dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcəkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment