1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AppLab proqramında iştirak etmək üçün keçirilmiş növbəti müsabiqənin qalibləri seçilib
01.05.2017

Baki, FinanceTime.  Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşır. Bu dəfə müsabiqəyəsahəninən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.

28 aprel 2017-ci il tarixində AppLab Mərkəzində Bakcell şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.

“Bakcell şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalaraxtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif  cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”,deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Qeyd etmək lazımdır ki, Bakcell şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusiləproqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isəqruplara öz ideyalarının inkişaf etdirilməsi üzərindədiqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.

2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan20 layihəİT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixindədinlənilərək  qiymətləndirilib. Həmin 20layihədən  proqramda iştirak etmək üçünmümkün 25 xaldan 20 və daha çox xal qazanan7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilənideyanın nə dərəcədə innovativ olması, real yanaşma,biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi.Layihələrin qısa təsviri aşağıda təqdim edilib:

·         Blutu– “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .

·         ARzoom– interaktiv “Artırılmışreallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.

·         Buket.al– gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncədə  pulsuz çatdırılmasını təmin edir.

·         Garden– insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.

·         Mango– istifadəçilərə səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. İstifadəçilər “Mango”nun təklif etdiyi variantı və yaxud üstünlük verdikləri mümkün variantları seçə bilərlər.

·         CineManiac– “bulud texnologiyası” əsasında yaradılmış və istifadəçilərə filmlərə müxtəlif dillərdə baxmaq imkanı verən inteqrasiya edilmiş yerli tətbiqdir. Bundan əlavə, bu tətbiqin vasitəsilə filmləri yükləyib sonradanonlara internet bağlantısı olmayan istənilən yerdə baxmaq olar. Nəhayət, bu tətbiq yerli kino sənayesinin inkişafı və inteqrasiyası üçün geniş üfüqlər açır.

·         MoodMusic– istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun olan musiqiləri  dostları və digər insanlarla paylaşmağa imkan verən sosial şəbəkə platformasıdır.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment