1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB illik 17%-dək gəlirli əmanət növlərini təqdim edir
01.05.2017

Baki, FinanceTime.  Bank “BTB” ASC müştərilərin önəm verdiyi gözləntiləri nəzərə alaraq, optimal və sərfəli şərtlərlə hazırlanmış 2 növ əmanət məhsulunu (Müddətli və Proqressiv) təklif edir.

Bu əmanət növlərini bir-birindən fərqləndirən əsas şərtlər odur ki, Müddətli əmanət növündə yerləşdirilən məbləği periodik olaraq artırmaq olmur, əvəzində isə əmanət vaxtından əvvəl çıxarılarsa hesablanmış faizlər qismən ödənilir. “Proqressiv” əmanət növündə isə yerləşdirilən əmanəti mütəmadi olaraq artırmaq mümkündür, lakin vaxtından əvvəl çıxarılan əmanətə görə heç bir faiz hesablanmır. Proqressiv əmanətini banka gəlmədən, “online” şəkildə və ya ödəniş terminalları vasitəsilə də artırmaq mümkündür.

“Müddətli” əmanəti 3 aydan 36 aya qədər müddətdə, AZN valyutası üzrə 17%-dək illik faiz dərəcəsi ilə, “Proqressiv” əmanəti isə 3 aydan 24 aya qədər müddətdə, AZN valyutası üzrə 16,5%-dək illik faiz dərəcəsi ilə yerləşdirilə bilər. Əmanət növlərinin digər şərtləri bir-birindən fərqlənmir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, əgər Müştəri əmanətinin ADİF tərəfindən sığortalanmasını istəyirsə, onda müştərinin istəyi əsasında əmanət üzrə faiz dərəcəsi azaldılaraq sığortalanan əmanətlərin faizinə uyğun təyin edilə və əmanət yerləşdirilə bilər. Hazırda AZN valyutasında 15%-dək yerləşdirilən əmanətlər ADİF tərəfindən tam sığortalanır. Əmanət üzrə hesablanan faizləri müştəri istəyinə görə aylıq, rüblük və ya müddətin sonunda əldə edə bilər. Əmanətçi Əmanət üzrə hesablanmış faizlərin kart hesabına köçürülməsini istədikdə, bu məqsədlə ona əlavə olaraq pulsuz Visa Electron Savings kartı verilir.

Bundan əlavə qeyd edək ki, Əmanət yerləşdirildikdən sonra əmanətin təminatı əsasında müştəri üçün əmanət məbləğinin 80%-dək həcmdə kredit və ya kredit xətti açıla bilər. Həmçinin Əmanətin minimum məbləğlərinə uyğun olaraq Əmanətçilərə onların istəyinə əsasən müvafiq VİSA və ya MasterCard plastik kartları hədiyyə verilə bilər. Yekun olaraq qeyd edək ki, əmanətlər AZN və ya USD valyutasında olmaqla, 3-cü şəxsin adına da yerləşdirilə bilər.

Sadalanan bütün üstünlükləri nəzərə alsaq, Bank BTB-nin əmanət məhsullarının şərtləri hazırda ən optimal təkliflərdən biridir.

Bank BTB-nin Müddətli və Proqressiv əmanətləri üzrə bütün şərtlər barədə (012) 946 nömrəli Məlumat Mərkəzindən,  www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment