1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Təhsil Nazirliyi SABAH qrupları tələbələri Azercell-də təcrübə keçəcəklər
01.05.2017

Baki, FinanceTime.  Azercell Telekom MMC Təhsil Nazirliyi SABAH qrupları tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı”nı elan edir. Bu proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Qaydalara əsasən SABAH qruplarının son 2 kurs tələbələri 2017-ci ilin 8 may tarixinə qədər “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün https://www.azercell.com/az/company/career/development_oportunities/intern_summer_2017/ linkinə daxil olmaq lazımdır.Nəzərinizə çatdıraq ki, yalniz @sabah.edu.az ünvanından gələn müraciətlərə baxılacaq.

Tələbələr iyulun 1-dən başlayacaq proqram çərçivəsində Azercell-də 2ay təcrübə keçmək şansıqazanacaqlar.

“Yay Tələbə TəcrübəProqramı”mərhələlərlə seçilən gənclərəAzercell-də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdəöyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanıyaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar,bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 16-i isə şirkətdə işlə təmin olunub.    

Qeyd edək ki, ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalartəşkil olunub. Həmçinin İnsan Qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər.

SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment