1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku “Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən qabaqcıl təşkilat” nominasiyasının qalibidir!
01.05.2017

Baki, FinanceTime.  Bank of Baku, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunan “AMFA Mükafatlandırma Proqramı – 2017” çərçivəsində mükafata layiq görülüb. Belə ki, müsabiqə çərçivəsində elan edilən “Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən Qabaqcıl Təşkilat” nominasiyasının qalibi məhz Bank of Baku seçilib. Yerli və beynəlxalq maliyyə qurumlarının iştirakı ilə keçən tədbirdə Bank of Baku-ya mükafatı Asiya İnkişaf Bankının Baş İqtisadçısı Nail Vəliyev təqdim edib.

Sektorunun innovatoru olaraq tanınan Bank of Baku, böhran dövründə də fəaliyyətini müştərilərinin tələb və ehtiyaclarına uyğun şəkildə qurmuş, bir çox yeni məhsul və xidmətlərini onların istifadəsinə təqdim etmişdir. 2015 və 2016-cı illərdə təqdim olunan bu məhsul və xidmətlər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:

-    Bolkart debet kartları – şəxsi vəsaitdən istifadə imkanı verən bu kartlar sahiblərinə hər alış-verişdə 15%-dək bal qazanma, istədikləri an balanslarını cəmi 5 saniyə ərzində artırma və heç bir komissiya tutulmadan nağdlaşdırma imkanı verməklə bazara təqdim olundu;

-    İstifadə imkanları genişləndirilən “Ödəniş Terminalı” – bir çox bank əməliyyatlarının icrası mümkün olan bu terminal vasitəsilə Bank of Baku-nun kart sahiblərinə balanslarını 24/7 rejimində 5 saniyə ərzində artırmaq imkanı verildi;

-     İŞKART – sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də VÖEN əsasında xidmət göstərən istənilən şəxsə təqdim olunan biznes kart məhsulu istifadəyə verildi;

-     Əmək haqqı kartları – korporativ müştərilərə əməkdaşlarına əmək haqqılarını sərfəli şərtlərlə köçürmə imkanı verməklə yanaşı, bir çox üstünlüklər qazandıran debet funksiyalı bu kartlar bazara təqdim edildi;  

-     Təkmilləşdirilmiş İnternet bankçılıq xidməti – bankdaxili pul köçürmələrinin pulsuz, ölkədaxili köçürmələrin isə 50%-dək ucuz edilməsi imkanı yaradıldı, həmçinin cərimə və büdcə ödənişləri xidmətə əlavə edildi;  

-    Debit funksiyalı Bolkart təqaüd kartı – ölkədə ilk dəfə debit funksiyalı təqaüd kartları tələbələrin istifadəsinə verildi. 

 

Fiziki və hüquqi şəxslərə geniş çeşidli maliyyə xidmətləri göstərən Bank of Baku növbəti illərdə də, onları yeniləyərək təkmilləşdirməyi, həmçinin istək və ehtiyaclarına cavab verəcək yeni xidmət və məhsulları təqdim etmək  niyyətindədir.

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment