1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) 2017-ci ilin 1-ci rübünün yekunlarını elan edib
27.04.2017

Baki, FinanceTime. 1 aprel 2017-ci il tarixinə bank VTB (Azərbaycan)-ın aktivləri 429 mln. manat təşkil edib. Bankın öhdəlikləri 393,4 mln. manat olub ki, bundan 192,7 mln. manat və ya 48% müştərilərin, bankların və maliyyə institutlarının payına düşüb. Bank məcmu kapitalını 51 mln.manata qədər artırıb ki, bu da Mərkəzi Bankın kommersiya bankların kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində birinci dərəcəli kapitalın adekvatlıq səviyyəsi 22,1%, məcmu kapitalın adekvatlığı isə 37,8% təşkil edib. 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən, bankın vergidən əvvəl mənfəəti 561,5 min manat təşkil edib.

Hesabat dövründə bankın kredit portfeli 342,7 mln manat olub ki, bu vəsaitin 210 mln. manatı və ya 61,3%-i sahibkarlığın inkişafı üçün nəzərdə tutulan kreditlərin payına düşüb. Biznesə ayrılan vəsaitin əsas hissəsi ticarət və xidmət sahəsinin maliyyələşdirilməsinə, eləcə də sənaye sektorundakı layihələrə yönəldilib, bu kreditlər müvafiq olaraq 157 mln. manat və 50,3 mln. manat təşkil edib.

Bank, 2016-cı ilin sonunda yeni üçillik strategiya qəbul edib. 2017-2019-cu illəri əhatə edən strategiyaya əsasən korporativ biznes istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Yeni strategiyaya uyğun olaraq, bank kiçik və orta biznesə aid layihələri reallaşdırmağa davam edəcək. VTB (Azərbaycan)-ın potensial müştərilərinə həmçinin biznesləri Rusiya bazarına istiqamətlənmiş sahibkarlar, eləcə də Azərbaycan bazarında işləməyə gələn Rusiya şirkətləri aiddir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment