1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber” Bakıda iki illik fəaliyyətinin yekunlarını açıqlayıb
26.04.2017

Baki, FinanceTime. Bugün Azərbaycanın KİV nümayəndələri ilə Bakıda keçirilən görüşdə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax 2015-ci ilin aprel ayından etibarən ölkədə xidmət göstərən servisin fəaliyyətindan danışıb.

 

●      300 mindən çox yüklənən tətbiq

●      Həftəlikyeni istifadəçiartımı

●      Minlərlə sürücü-tərəfdaş

●      Sürücülərin orta reytinqi: 5-dən 4,82

●      Avtomobilin ünvana çatdırılmasının orta vaxtı: 4 dəqiqə

●      İki servis: rahat və əlverişli “uberX”və daha bahalı premium “UberSELECT”

●      İki növ ödəmə–nağd və nağdsız (akkaunta bağlanan kart vasitəsi ilə)

●      “UberELKA” aksiyası zamanı Yeni il yolkalarının çatdırılmasına 70 mindən çox sorğu (2016-cı ilin dekabrı).

 

“Biz əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik: iki il ərzində “Uber” minlərlə Bakı sakini üçün adi hərəkət vasitəsinə çevrilib, bizə həm istifadəçilər, həm də“Uber” iləəməkdaşlıq imkanlarınılayiqincəqiymətləndirən və bizimlə tərəfdaşlıq edən sürücülər etibar edirlər. Maraqlıdır ki, fəaliyyətimizin ba.lanğıcında istifadəçilərin əksəriyyəti hansısa xüsusi hallar üzrə səfər ediblər, bu gün isə biz görürük ki, bizim müştərilər “Uber”i şəxsi avtomobilinə real alternativ kimi qəbul edir və gündəlik olaraq servisdən yararlanırlar", - deyə Aleksey Stax qeyd edib.

“Uber”müasir şəhərlərin infrastrukturunun inkişafı, əlçatan və rahattaksi xidmətlərininxeyrinəşəxsi avtomobildən imtinanı əsas istiqamət kimi görür: həqiqətən, bu gün avtomobil ən bahalı satınalma olaraq (mənzildən sonra) vaxtının 96%-ni hərəkətsiz dayanır vəbir qayda olaraq investisiyaların qaytarılmasını təmin etmir. Bəzi şəhər ərazilərinin təxminən 1/5 hissəsi avtomobillərin saxlanması üçün istifadə olunur, şəhər məkanının orta hesabla 15%-i avtomobilin saxlanılmasına ayrılır. Lakin bu yeganə olan problemdeyil:avtomobillərin çoxluğu böyük tıxaclara səbəb olur: məsələn, Los-Ancelesdə və Sidneydə insanlar tıxaclara hər il təxminən iki iş həftəsi sərf edir. Daimitıxaclar atmosferə atılan zərərli tullantıların səviyyəsini artırır–dünyada22%-dək CO2 tullantıları nəqliyyatın payına düşür.

Problemin həlli – avtomobil sayının azaldılmasında görünür. Bu, yollarda sıxlığın azalmasını təmin edəcək, CO2 tullantılarını azaldacaq,avtomobil dayanacaqları salınmış şəhər məkanınınboşaldılmasına və şəhər infrastrukturununümumiyaxşılaşdırılmasına təsir edəcək– yeni parkların, uşaq meydançalarının və s. salınması.

“Biz əminik ki, bu gün“Uber”in təhlükəsiz, sürətli və rahat gedişi ilə Bakı sakinləri öz şəxsi avtomobillərindən imtina edəcək. Siz avtomobili bir toxunuşla sifariş edə bilirsinizsə, onda öz şəxsi avtomobilinizə şəkilən xərclər nəyə lazımdır? Bu gün istifadəçilərin vərdişlərini dəyişdirilməsi ilə şəhəri həyat üçün daha rahat edə bilərik”, - deyə Aleksey Stax bildirib.

“Uber” bütün dünyada şəhərlərin həyatını yaxşıya doğru dəyişir: qunun istənilən vaxtında və istənilən nöqtəsinə tez və təhlükəsiz gediş təminedərək vətəndaşların mobilliyini yaxşılaşdırır, iqtisadiyyat proseslərini tezləşdirir, şəhər mühütünü inkişaf etdirir

Bakı sakinləri “Uber”i servisin rahatlığı(sifarişlərin tez qəbul olunması, tətbiqinintuitiv başa düşülən interfeysi), reytinq və rəy sistemi ilə təciz olunmuş dəyişilməyən keyfiyyət səviyyəsi və etibarlılığı (xəttə kifayət qədər avtomobilin olması, müştəri məmnuniyyəti xidməti) və təhlükəsizliyinə (tərəfdaşların seçimi və qiymətləndirilməsi, sistemin şəffaflığı–istifadəçilər əvvəlcədən sürücüdən və avtomobildən məlumat alırlar) görə seçir.

 

 

“Uber” haqqında:

"Uber" – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətidir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.

"Uber"in missiyası – şəhəriçi hərəkəti sadə, etibarlı və əlçatan eləməkdir. Şirkət “smartfona bir toxunuşla avtomobili necə sifariş etmək olar?” sualına cavab verərək 2009-cu ildə fəaliyyətə başlayıb. Altı il sonra, 2 milyarddan artıq gedişi təmin etdikdə, "Uber" ciddi çağırışları həll etməyə çalışır: avtomobilləri daha səmərəli istifadə edərək şəhərlərdə tıxacların sayını və atmosferin çirklənməsini azaltmaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment