1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


1 milyon ABŞ dolları qazanmaq üçün əla fürsət
21.04.2017

“Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək

Baki, FinanceTime. İnkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal Seedstars World müsabiqəsi 5-ci dəfə Azərbaycana gəlir.Belə ki, 3 may 2017-ci il tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı,Azercell MMC, PAŞA Bank vəABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək. Müsabiqədə Azərbaycanın 10ən yaxşı startapı ölkəni Seedstars Sammitində təmsil etmək və 1 milyon ABŞ dollarıhəcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Bu müsabiqəyə qatılmaq arzusunda olanlar https://www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidirlər.

Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, Seedstars World ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.

Seedstars World Azərbaycanın lider mobil operatoru Azercell-lə yaxından əməkdaşlıq edir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və Seedstars səfiri İmran Bağırov bildirib ki,”Seedstars sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır.Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10ən yaxşı startap hər il İsveçrədə keçirilən Seedstars Sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment