1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB ipoteka kreditləri təklif edir
21.04.2017

Baki, FinanceTime. Bank BTB Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına 100.000 AZN-dək ipoteka kreditləri təklif edir.

İpoteka kreditinin şərtlərinə əsasən adi ipoteka krediti 25 il müddətinə illik 8% dərəcəsi ilə, sosial ipoteka krediti isə 30 il müddətinə illik 4% dərəcəsi ilə verilir. İlkin ödəniş məbləği adi ipoteka krediti olan halda 20%, sosial ipoteka krediti zamanı isə 15% ödənilməlidir.

İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.

Sosial ipoteka kreditindən gənc ailənin üzvü olan aşağıdakı şəxslər faydalana bilər: şəhid ailələrinin üzvləri, milli qəhrəmanlar (özü və ailəsi), məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçuları və elmlər namizədləri, idman sahəsində xüsusi xidmətləri olan şəxslər. Hərbiçilərə və ya elmlər doktoru elmi dərəcəsi olanlara qarşı ailə statusu tələbi yoxdur.

Ev sahibi olmaq istəyən şəxslər ilk öncə https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank BTB-yə müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet saytından http://www.amf.az/az/  və ya Bank BTB-nin  rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment