1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AGBank bankomatlarının sayını artırır
21.04.2017

Baki, FinanceTime. Azərbaycanın aparıcı banklarından “AGBank” əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün bu ay daha 3 bankomatı onların istifadəsinə verib.

Aprel ayının 1-dən etibarən AGBank Şirvan şəhəri Gülbala Şıxbalayev 74, Salyan şossesi 13 və Bakı şəhəri Babək prospekti 74 ünvanında yeni bankomatlar quraşdırıb.Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıb.

Məlumat üçün bildirək ki, Korporativ bankçılıq AGBankın ənənəvi olaraq prioritet sahəsi olmaqda qalır. Bank ölkənin bir çox iri korporativ şirkətlərinə əmək haqqı layihələri istiqamətində yüksək keyfiyyətli xidmət göstərir. Ümumilikdə, bankın əmək haqqı layihəsindən faydalanan şirkətlərin sayı 300təşkil edir.

Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 60 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir.Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətindəmütəmadi tədbirlər həyata keçirir. 

Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) əməliyyatlarını aparmaq mümkündür.

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment