1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Diplomatik Akademiyasının tələbələri üçün praktiki təlim təşkil etmişdir
20.04.2017

Baki, FinanceTime.  20 aprel 2017-cı il tarixində Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında təhsil alan və BFB-nin fəaliyyəti ilə yaxından maraqlanan bir qrup tələbələr üçün praktiki təlim təşkil edilmişdir.

Təlim başlamadan öncə Bakı Fond Birjasında gündəlik ticarətin başlanmasını simvolizə edən zəng mərasimi təşkil olunmuşdur.

Tədbirdə açılış nitqi ilə çıxış edən BFB-nin İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Namazov birja və onun fəaliyyəti, müxtəlif layihələr o cümlədən birjanın “Bilik mübadiləsi” layihəsi çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər haqqında təlim iştirakçılarına məlumat vermiş, Bakı Fond Birjasının qapısının bütün tələbələrin üzərinə hər zaman açıq olduğunu bildirmişdir.

Daha sonra BFB-nin Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayev “Şirkətlərin emissiya prosesi – istiqraz yerləşdirmələri” mövzusunda geniş təqdimatla çıxış etmişdir. Həmçinin  Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili də öz növbəsində iştirakçılara BFB-də ticarət əməliyyatları barədə nəzəri və praktiki biliklərlə yanaşı, elektron simulyasiya platformasını təqdim etmişdir. Bu platforma təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi (IPO) və təkrar bazarının işləmə prinsiplərini öyrənmək, real maliyyə barlarında ticarət əməliyyatlarında iştirak etmək, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələblərə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına tövhə verməkdir. Cari ilin sonanadək BFB tərəfindən elm və  təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment