1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ABAD”ın rəsmi internet səhifəsi fəaliyyətə başlayıb
20.04.2017

Baki, FinanceTime.  Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb.

Yeddi bölmədən ibarət səhifədə ABAD-ın təqdim etdiyi məhsullar, publik hüquqi şəxslə əməkdaşlıq edən şəxslər, təqdim olunan xidmətlər, yaradılmış brendlər haqqında məlumat əldə etmək olar.

“Məhsullar” bölməsində “ABAD” tərəfindən dəstək göstərilən ərzaq məhsullarının istehsalı, yaxud dekorativ-tətbiqi sənətkarlıq sahəsində çalışan ailələrin satışa çıxarılmış məhsulları, satış şəbəkələri barədə məlumat yer alıb.

“ABADçılar” bölməsində “ABAD”a qoşulmuş ailə biznesləri, “Brendlər” bölməsində isə yaradılmış ailə brendləri haqqında ətraflı məlumat verilib.

Həmçinin, “ABAD”a üzv olmaq, əməkdaşlıq etmək üçün xüsusi “ABADçı OL” bölməsi yaradılıb. Bu bölməyə daxil olan şəxslər fəaliyyət göstərdiyi sahə, öz təsərrüfatları, mövcud imkanları haqqında məlumatları daxil edərək, “ABAD”a sorğu-müraciət göndərəcəklər.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment