1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan)-ın Çagrı Mərkəzi zənglərin buraxılış gücünü artırıb
20.04.2017

Baki, FinanceTime.  2017-ci ilin 1-ci rübündə VTB (Azərbaycan)-ınÇağrı Mərkəzinin (CallCenter) operatorları bankın müştərilərindən 15 000-dən çox zəng qəbul edib, telefonla verilən məsləhətlərin ümumi müddəti 21 min dəqiqə və ya 350 saat təşkil edib.

Müştərilərin ən çox müraciət etdiyi müddət saat 11:00-dan 15:00-dək qeydə alınıb. Gün ərzində  operatorlar orta hesabla 300 sorğuya cavab verib, bu zaman operatorun cavabını gözləmə müddəti orta hesabla 23 saniyə, sorğunun həllinə sərf olunan vaxtisə 2 dəqiqə təşkil edib.  Daxil olan sorğuların böyük hissəsi bankın tarifləri, məhsulların şərtləri, seyf qutuları, internet-bankinq xidmətinə qoşulmaq barədə olub.

Hazırda 986 qısa nömrəli Çağrı Mərkəzi bankın müştəriləri ilə daimi əlaqə saxlamaq üçün əsas kommunikasiya vasitələrindən biridir. Müştərilər bankın qaynar xətti ilə əlaqə saxlayaraq unikal müştəri kodu vasitəsilə öz hesabları barədə bütün məlumatları əldə edə bilər. ÇağrıMərkəzinin operatorları həmçinin plastik kartların buraxılışı, kreditlərin verilməsi, depozitlərin yerləşdirilməsi üzrə onlayn sifarişlər qəbul edir və bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində suallara cavab verir. Çağrı Mərkəzinin operatorları nəinki zəngləri qəbul edir, həmçinin bankın saytındakı zəng sifarişi funksiyası sayəsində müştərilər üçün rahat olan vaxtda zəng edib, onları maraqlandıran sualları cavablandırırlar.

“Operatorların işinin vacibliyini və məsuliyyətini nəzərə alaraq biz, qaynar xətt ilə müştərilərə göstərilən xidmətin keyfiyyətini daim artırırıq. Bankın müştəriləri əmin ola bilər ki, bankın Çağrı Mərkəzinə zəng edərək onlar bütün lazımi məlumatı və peşəkar dəstək alacaqlar ”- deyə, bank VTB (Azərbaycan)-ınÇağrı Mərkəzinin rəhbəri Rasim İslamov bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment