1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


«Excelsior Hotel & Spa Baku» otelinin dəstəyi ilə “Baku Fashion Night 2017” keçirildi
17.04.2017

Baki, FinanceTime. Aprelin 14-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin dəstəyi, Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night-ın təşkilatçılığı ilə moda həvəskarları üçün növbəti, altıncı “Baku Fashion Night 2017”layihəsi baş tutdu.

Bu layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə– Payız – Qış və Yaz - Yay mövsümlərində keçirilir. Layihənin məqsədi Azərbaycan dizaynerlərinə dəstək olmaq, həmçinin peşəkarlara və həvəskarlara fikir mübadiləsi aparmaq, dəb meyillərini müzakirə etmək və öz fikirlərini bildirmək imkanı verməkdir. Bu layihə həmişə yeni adlar açıqlayır və bu dəfə də belə oldu.

Baku Fashion Night 2017-nin iştirakçıları:

Layihəni Diana Bağırovanın rəhbərliyi ilə gecə geyimi üslubunda bir neçə mövsüm ərzində sevilmiş Atelier «Desire” gənc komandası açacaq. Atelier «Desire”nin şüarı belədir – bu dəbdir, effektlidir, rahatdır, inanlımaz dərəcədə üslubludur, ən əsası isə əlçatandır!

Dizayner Günay Quliyevanın «Gunay Exclusive» moda evi

Dizayner Renara Şəmsiyeva – brend “RENARA”

Dizayner Gülüm Əsədullayeva

Yekaterina Eren və Liana Allahverdiyeva - «Fashion Lab» Brendi

Aksessuarlar dizayneri Xuraman Kaplan.

Baku Fashion Night 2017 (1 mövsüm) Bakıda Baku Shopping Festivalının keçirildiyi dövrdə baş tutdu və bu layihənin qonaqları təkcə Bakının modapərəstləri deyil, həm də festival keçirildiyi günlərdə Bakıya gələn xarici qonaqlar oldu.

Təşkilatçılar - FMS Models model agentliyi, Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night təşkilatı.

Tədbir saat 19.00-da “Excelsior Hotel & Spa Baku” otelinin Afurja Ballroom zalında baş tutdu.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment