1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


BP-nin dünyadakı 20 ən məhsuldar quyusunun 9-u Azərbaycandadır
24.09.2012

BP şirkətinin  dünyada  işlədiyi  yataqlardakı əməhsuldar 20 quyudan 9-Azərbaycandadır.

«
APA-ECONOMICS»in məlumatına görə, bu barədə BP-nin «Azərbaycanda davamlı inkişaf haqqında - 2011» hesabatında bildirilir.

Hesabata əsasən şirkətin bütün dünyadakı ən məhsuldar 20 quyusu Avstraliya, Azərbaycan, Trinidad, Anqola və İndoneziyadadır. İlk 20-liyə düşən Azərbaycandakı quyulardan 4-ü «Şahdəniz», 1-i «Şərqi Azəri», 2-si «Qərbi Azəri», 1-i «Çıraq», 1-i isə «Günəşli» (dərinsulu) yataqlarındadır.

Quyuların məhsuldarlığı gündəlik neft hasilatı və ya neft ekvivalentində göstərilən qaz hasilatının həcmi ilə ölçülür. Siyahıya Avstraliyadakı iki quyu başçılıq edir. Bu quyularda gündəlik neft hasilatı müvafiq olaraq 66 180 barel və 64 053 barel təşkil edir. 

Siyahıda 3-6-cı yeri tutan «Şahdəniz» yatağındakı quyulardan hasilatın həcmi (neft ekvivalentində) 53 181 bareldən 47 503 barelədək dəyişir.

Qeyd edək ki, 11-ci yerdə olan «Şərqi Azəri» yatağındakı quyudan gündəlik hasilat 32 880 barel, 16-17-ci yeri tutan «Qərbi Azəri»dəki iki quyudan hasilat 29 568 barel və 26 929 barel arasında dəyişir, 18-ci yerdə olan «Çıraq» quyusundan gündəlik hasilat 25 264 barel, «Günəşli»dəki (dərinsulu) quyuda isə gündəlik hasilat 24 521 berəl təşkil edir. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment