1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Silk Way Airlines" və "Boeing" korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalamışdır
14.04.2017

Baki, FinanceTime.  Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalamışdır.

Müqavilə "Silk Way Holding"-in Prezidenti Zaur Axundov  və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən aprelin 14-də Bakıda imzalanmışdır. İmzalama mərasmində "AZAL"-ın Prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak etmişdir.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank)  ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.                                                                                

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilmişdir.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

"Silk Way Holding"in Prezidenti Zaur Axundov jurnalistlərə bildirmişdir ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur. ""Silk Way Airlines" "Boeing" istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir", - deyə Zaur Axundov qeyd edib.

Səfir Robert Sekutanın sözlərinə görə, imzalanmış sənəd ABŞ və Azərbaycan arasında çox sıx münasibətlərin göstəricisidir. "Boeing korporasiyası tərəfindən istehsal olunan təyyarələr öz etibarlılığı ilə fərqlənir. Bu təyyarələr ilə həm sərnişin daşımaları, həm də yük daşımaları təhlükəsiz şəkildə həyata keçirilir. Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq", deyə səfir bildirmişdir. O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli BUTA AIRWAYS şirkəti ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.

"Boeing" şirkətinin Baş Vitse-Prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulmuşdur. Bu təyyarələr çox səmərəli və etibarlıdır. "İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik",- deyə o bildirmişdir.

"737 MAX" təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da 737 MAX təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı İstismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir. Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment