1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kibertəhdidlərin inkişafı bankları təhlükəsizlik məsələlərinə digər şirkətlərdən 3 dəfə çox vəsait xərcləməyə məcbur edi
14.04.2017

Baki, FinanceTime.  "Kaspersky Lab” şirkətinin araşdırmasının* nəticələrinə əsasən, kibertəhlükəsizlik üzrə bankların orta illik büdcəsi 58 mln. ABŞ dollarına bərabərdir: bu, maliyyə olmayantəşkilatlardan üç dəfə çoxdur. Əksər hallarda, bu xərclər özünü doğruldur: bank nümayəndələri bu ölçüdə olan digər şirkətlərə nisbətən kompüter cinayətlərinin daha az sayda olduğunu bildirib. Bundan başqa, respondentlərin 64%-i bildirib ki,investisiyaların geri qaytarılmasından asılı olmayaraqonlar təhlükəsizliyin daha da güclü olmasına sərmayə yatıracaq.

Kibermüdafiəyə yatırılan investisiyaların artımının əsas səbəbləri mövcuddurr: son bir neçə ildə maliyyə sektoru üçün təhdid sayı durmadan artır ki, onlar daha da mürəkkəb və ciddi nəticələrə gətirə bilər. Belə ki, bankların 70%-i ötən il onlar kiberfırıldağlar nəticəsində maliyyə zərəri çəkib. Ən çox narahatlıq mobil bankinq ilə bağlı risklər yaradır: respondentlərin 42%-i hesab edir ki, növbəti üç il ərzində kibermüdafiədən müştərilərin böyük hissəsi istifadə edəcək, lakin kibersavadlılığın səviyyəsi aşağı olaraq qalacaq. Bu hal mobil cihazlar vasitəsi ilə pul oğurluq hadisələrinin sayının artmasına gətirə bilər.

Banklar üçün digər aktual təhlükələr arasında fişinq durur: 2016-cı ildə 46% şirkətin müştəriləribu təhlükə ilə qarşılaşıb. Daha bir yüksək risk sahəsi – bankomatlardır.Ötən il bankomatlar üçün zərərli proqram təminatının həcmi 2015-ci illə müqayisədə 20% artıb, bununla belə hücumlar bankların yalnız 19%-ni narahat edir.

İstifadəçilərin ehtiyatsızlığı və hücumların sayının artmasıbankları təhlükəsizliyə olan prioritetləri dəyişməyə məcbur edir: araşdırmada iştirak edən respondentlərin 61%-i tətbiqlərin və saytların müdafiəsinin təhlükəsizliyini yaxşılaşdırmağı əsas prioritetlərindən biri hesab edir. İkinci yerdə (52%) daha etibarlı avtorizasiya sistemlərinin tətbiqi qərarlaşıb.

"Daim dəyişən kiberhücumlara qarşı mübarizə banklar üçün bir nömrəli tapşırığa çevrilir. Bütün zəif tərəfləri bağlamaq və maliyyə sektorunun təhlükəsizliyini təmin etmək üçünsözügedən sektorun nümayəndələri bəzi vacib şərtlərə riayət etməlidilər. Bu gün yalnız texniki təhlükəsizlik həllərindən yararlanmaq kifayət etmir.Eyni zamanda,ola biləcək hücumlardan informasiya toplamaq, əvvəlki hücumlara əsasən araşdırma aparmaq, kibertəhlükəsizliyin əsasları haqqında personalı məlumatlandırmaq qərəkdir“, - deyə “Kaspersky Lab" şirkətinin “Kaspersky Fraud Prevention”bölməsinin rəhbəri Aleksandr Yermakoviç bildirib.

“Kaspersky Fraud Prevention”–"Kaspersky Lab"ın maliyyə fırıldaqçılığın qarşısını almaq üçün bir həlldir. O, sadəcə fırıldağın nəticələrinin aradan qaldırılmasına deyil, həm də şirkətlər üçün qabaqcadan hücumu aradan qaldırmaq imkanı yaradır: platforma fəal oğurlama cəhdlərini blok edir, bununla təhlükəni hücumdan əvvəl aradan qaldırır.

Tədqiqatın nəticələri haqqında daha ətraflı "Kaspersky Lab”ın hesabatında tanış olmaq mümkündür:https://business.kaspersky.com/how-the-financial-industry-reacts-to-cyberthreats/6610

*"2016-cı ildə maliyyə kibertəhdidləri"adlıaraşdırma"Kaspersky Lab" şirkətinin sifarişi ilə15 ölkənin maliyyə institutlarının 800 nümayəndələri arasındakeçirilib..


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment