1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Forsaj 8” filminin press-nümayişi – eksklüziv olaraq Park Cinema IMAX-da
13.04.2017

«Kəmərləri bağlayın – yarış davam edir»

Baki, FinanceTime. 12 aprel tarixində ParkCinema IMAX kinoteatrında media nümayəndələri, bloggerlər, kinorejissorlar və digər məşhur simlaların iştirakı ilə “Forsaj 8” filminin press-nümayişi baş tutdu. Tədbir Castrol şirkətinin dəstəyi ilə keçirilmişdir.

Filmin süjeti ondan başlayır ki, Dom və Letti bal ayına yollanırlar, lakin Mia və Brayan isə oyundan uzaqlaşırlar. Komandanın digər üzvləri isə normal həyat tərzi sürür. Lakin müəmmalı qadın Domu ona əziz olan insanları satmağa vadar edərək onun can qutara bilmədiyi cinayət aləminə sürükləyəndə, komanda heç vaxt üzləşmədiyi sınaqlarla üz-üzə dayanır. 

«Forsaj 8» - «Forsaj» filminin səkkizinci hissəsidir. Filmdə Vin Dizel, Mişel Rodriges, Dueyn Conson, Tayriz Gibson, Kris Brices, Kurt Rassel, Ceyson Steytem, Şarliz Teron, Skott İstvud və Helen Mirren rol almışlar.

Forsaj 8 – Forsaj 3-dən sonra 30 noyabr 2013-cü il tarixində Forsaj 7 filminin çəkilişləri zamanı avtomobil qəzasında vəfat etmiş Pol Uokerin iştirak etmədiyi ilk filmdir.

Filmin çəkilişlərinə hazırlıq Forsaj 7-ninin nümayişindən dərhal sonra başlanılmışdır. Dizel, Morqan və prodüser Nil X. Morits kontraktları imzalamışlar. Filmin nümayiş tarixi – aprel 2017-ci il – dəqiqləşdirildikdən sonra 2015-ci ilin aprel və iyun ayları arasında kastinq keçirilmişdir. 2015-ci ilin oktyabr ayında F.Qeri Qrey rejissor vəzifəsini öz öhdəliyinə götürərək öncəki filimin rejossoru olmuş Ceyms Vananı əvəz etmişdir. Filmin çəkilişlərinə 2016-cı ilin mart ayında Mivatn gölü (İslandiya), Havana, Atlanta, Klivlend və Nyu-Yorkda başlanılmışdır və beləcə filmdə hadisələrin bütün yer kürəsi boyunca cərəyan etməsi kimi adəti davam etdirmişlər.

Filmin premyerası Berlində apel ayının 4-də baş tutmuşdur, ABŞ-da filmin geniş ekranda nümayişi aprel ayının 14 2017-ci ildə gözlənilir, Azərbaycanda – 13 aprel 2D və 3D formatlarında və yalnız Park Cinema Flame Towers-də IMAX 3D formatında .

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment