1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilə mənfəətlə başladı
13.04.2017

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin 1-ci rübünü 90 mln. manat mənfəətlə başa vurub. Rübün yekunlarına əsasən, bankın faiz və əməliyyat gəlirləri 218 mln. manat, xərcləri isə 136 mln. manat olub.

Bank fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məqsədilə bir sıra məhsul və xidmətlərin maya dəyəri yenidən qiymətləndirilib.Tarif dərəcələrinə dəyişikliklər edilib, kreditlər üzrə faiz dərəcələrinəyenidən baxılıb. Nəticədə, 2017-ci il üzrə bankın əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11% artıb.

Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanıb. İnsan resurslarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülüb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14% və ya 3,4 mln. manat qənaət edilib.

Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 mln. manat, komisyon xərclərə isə 11 mln. manat qənaət proqnozlaşdırılır.

Bankın korporativ idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sisteminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövr ərzində kredit siyasəti sərtləşdirilib, müəyyən risk potensialına malik layihələrin maliyyələşdirilməsi dayandırılıb, kreditləşmə məhdud çərçivədə daha aşağı riskli məhsullara yönəldilib. Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə problemli kreditlər üzrə iş yenidən qurulub, eyni zamanda korporativ müştərilərlə iş sahəsində yeni yanaşmalar tətbiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müştərək dəstəyi ilə Bankın sağlamlaşdırılması tədbirləri davam etdirilir.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud  937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment