Baki, FinanceTime. 12 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100656S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 25 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 60,112,700.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.8848 AZN (14.4999%) və 98.9312 AZN (13.8901%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə minimal qiyməti – 98.9312 AZN (13.8901%), orta ölçülmüş qiyməti –98.9312 AZN (13.8901%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.04.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi10.05.2017-ci ildir.