1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


"Saxo Bank"ın proqnozu: Avropanın potensialı düzgün dəyərləndirilməyib
12.04.2017

Baki, FinanceTime.   Onlayn multiaktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" dünya bazarları üzrə rüblük makroiqtisadi proqnozlarını və 2017-cı ilin ikinci rübünün əsas ticarət strategiyalarını açıqlayıb.

 

AVROPA ABŞ-ı GERİDƏ QOYACAQ

“Saxo Bank”ın baş iqtisadçısı və investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib: “2017-ci ilin ikinci rübünün əvvəlində aydınlaşır ki, Avropada qeyri-stabillik hekayəsi xeyli şişirdilib və əslində qitə qeyri-sabit və “Tramp ticarətindən” asılı ABŞ-ı qabaqlamağa hazırlaşır.

Qeyri-avropalılar öz qiymətləndirmələrində bir çox hallarda Avropa və avroya qoyulan böyük siyasi kapitalı nəzərə almırlar. Marin Le Penin seçkilərdə qalib gəlib-gəlməyəcəyindən asılı olmayaraq Fransanın avrodan çıxma ehtimalı demək olarsıfıra bərabərdir – ona görə hesab edirik ki, üçüncü rübdə seçkilərdən sonra avro məzənnəsi xeyli dəyişəcək.

Hər şey ona işarə edir ki, ikinci rübdə Avropa ABŞ-dan daha yaxşı nəticə göstərəcək. Biz hələdə hesab edirik ki, dünya inflyasiyası ilə eyni zamanda kredit nəbzi yaxın gələcəkdə (1-1,5 il ərzində) maksimum həddə çatacaq və resessiya baş verə bilər”.

 

FRANSA İDARƏETMƏSİZ QALA BİLƏR

Yəqin ki, Fransada prezident seçkiləri 2017-ci ilin ikinci rübünün ən gözlənilən hadisələrindən biri olacaq, lakin “Saxo Bank” treyder və investorlara iyunda keçiriləcək parlament seçkilərini də diqqətlə izləməyi tövsiyə edir, çünki nəticələr Fransanın gələcək siyasi kursunun dəqiq təsəvvürünü yaradacaq.

Makroiqtisadi analiz şöbəsinin başçısı Kristofer Dembik qeyd edib: “Hadisələrin iki mümkün inkişaf ssenarisi var: yaxud Marin Le Pen prezident seçiləcək, lakin real hakimiyyətə sahib olmayacaq, çünki parlament seçkilərində keçməyəcək, yaxud da Makronu prezident seçəcəklər, lakin onun üçün müxtəlifnövlü səs çoxluğunun öhdəsindən gəlmək çətin olacaq.

1958-ci ildən bəri ilk dəfə parlamentariyalar ölkə başında duracaq, üçüncü və dördüncü respublikaların təcrübəsini nəzərə alaraq, bu, mənfi işarədir. Nəticədə, Fransa ümimiyyətlə hökümətsiz qala bilər”.

 

VALYUTA BAZARINDA VOLATİLLİYİN GÜCLƏNMƏSİ

Valyuta bazarında strategiya şöbəsinin rəhbəri Con Hardi qeyd edib: “Gələn rübdə dollar üçün risklər ikitərəfli xarakter daşıyacaq və çoxluqda Trampın hərəkətlərindən asılı olacaq, lakin artım potensialı bazarda artan skeptisizmin sayəsində qalxdı. Gözləyirik ki, bütün Avropada davamlı statistik məlumatlar sayəsində avro dəstəkdən yararlanmağa davam edəcək, Avropa Mərkəzi Bankı(AMB) isə azalma risklərindən ehtiyat edərək siyasətini zəiflədəcək.Lakin ikinci rübdən sonra vacib məqamlardan biri o olacaq ki, İtaliya kimi zəif periferiya ölkələrində AMB tərəfindən stumulların dayandırılmasından sonra vəziyyət necə dəyişəcək.

Funtun lazımı qədər dəyərləndirilməməsini Britaniyada ticarət balansı və cari hesabın balansında böyük defisitlərin olması və uzun illər çəkə biləcək Aİ ilə yol ayrımı prosesinin qeyri-müəyyənliyi ilə izah etmək olar. Nəhayət, Çin höküməti tərəfindən likvidliliyin ləğv edilməsi ikinci rübdə və daha sonra inkişaf edən ölkələrin valyuta perspektivlərini və reflyasiya ticarətinə qarşı entuziazmı azalda bilər.

 

REAL ŞƏRAİTDƏ NEFTİN SINANMASI

Xammal bazarında strategiya şöbəsinin rəhbəri Ole Hansenbildirib: “Birinci rüb ərzində aydın olurdu ki, neftin qiymət dinamikası o qədər də yüksək deyil və spekulyativ mövqelərin şiddətli artımını sübut etmir. Hesab edirik ki, ikinci rübdə “Brent”markalı neftin bir barelinin qiyməti stabilləşərək maksimum 50 ABŞ dollarına çatacaq, lakin 45 dollaradək qısamüddətli azalma baş verə bilər. İlin sonuna proqnozumuz 58 dollaradək endiririk və ümid edirik ki, tələbatın artımı və təklifin azalması sonda neftin qiymətinə müsbət təsir göstərəcək”.

Ətraflı: https://s3.amazonaws.com/storage.saxobank.com/ru/Quaterly+Outlook+Q2_RU.pdf

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment