1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell Telekom yeni layihəyə start verir
11.04.2017

Baki, FinanceTime. Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Buna səbəb vaxt çatışmazlığı, üstündə kitab daşımaq həvəsinin olmaması, yorğunluq və digər amillər ola bilir. Digər tərəfdəndə, yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternethəyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır.Odur ki, bütün bu məqamları nəzərə alaraq,Azercell Telekom mütaliə sevərlərüçün yeni bir layihəyə başlayır. “Gənclər kitab oxuyur” adlı yeni layihə çərçivəsində oxu günləri təşkil ediləcək. Layihə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur.Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşənkafesində oxunacaq. Qeyd edək ki, qiraətçilər öncədən gənclər arasında müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqənin şərtlərinə dair ətraflı məlumat Azercell-inrəsmi Facebook səhifəsində yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis,türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər.Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.

Beləliklə, “Gənclər kitab oxuyur” layihəsinin qiraətçilərindən biri olmaq istəyirsinizsə, Azercell-in rəsmi Facebook səhifəsini izləyin, müsabiqəyə qatılın və layihənin gedişatından daim xəbərdar olun!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment