1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında seminar təşkil etmişdir
10.04.2017

Baki, FinanceTime. 8 aprel 2017-cı il tarixində Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün “Azərbaycan qiymətli kağızlar bazarının arxitekturası” və  “Bakı Fond Birjasında ticarət” mövzusunda seminar təşkil edilmişdir.

Tədbirdə həmçinin Universitetin professor-müəllim heyəti iştirak etmişdir. Seminarı giriş sözü ilə açan ADA-nın Biznes Məktəbinin dekanı Dr. N.J. Delener təşkilatçılara və tələbələrə seminarın işində uğurlar arzu etmişdir. BFB-nin İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Namazov öz növbəsində yaradılmış imkana görə ADA rəhbərliyinə öz təşəkkürünü bildirmiş və Azərbaycan qiymətli kağızlar bazarının tarixi və inkişaf infrastrukturu barədə qısa məruzə etmişdir. Daha sonra BFB-nin Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayev və Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili geniş təqdimatla çıxış etmişdir. Təqdimatlarda iştirakçılara maliyyə bazalarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları barədə nəzəri və praktiki biliklər təqdim edilmişdir.

Qeyd edək ki, seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələblərə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına tövhə verməkdir. Cari ilin sonanadək BFB tərəfindən elm və  təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment